Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi YAP Xətai rayon təşkilatında növbəti seminar-treninqini keçirib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də “Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında “Zəfər yolunun hədəfləri azərbaycançılıq birliyi işığında” mövzusunda maarifləndirmə və məlumatlandırma layihəsi çərçivəsində növbəti seminar-treninqini keçirib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsini şərtləndirən amillərdən, tarixi Zəfərimizin Azərbaycanın qarşısında açdığı imkanlardan və dünyaya ünvanlanan çağırışlardan geniş bəhs edib: “Otuzillik işğala 44 gündə son qoymaq Azərbaycanın malik olduğu imkanların, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin, artıq tarixə qovuşan münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasının təqdimatı oldu. Ölkəmiz istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyünü bir daha dünyaya nümayiş etdirdi. Artıq ölkəmizin həyatında yeni mərhələ - işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri geniş vüsət alıb. Azad Qarabağımız, azad Şuşamız sözün əsl mənasında dirçəlir, əvvəlki həyatına qayıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürurla bəyan etdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik”.

Diqqəti bu günlərdə keçirilmiş V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına yönəldən Vüqar Rəhimzadə deyib: “Bu unikal musiqi bayramı günlərində ikinci dəfə mədəniyyət paytaxtımız Şuşada oldum. Ötən bir ildə qədim şəhərimizdə nə qədər böyük yeniliklər baş verdiyini öz gözlərimlə görərək bundan sonsuz qürur və iftixar hissi keçirdim. 28 il əsarətdə olsa da əyilməyən, sınmayan, milli qürurumuzu qoruyan Şuşa artıq tarixi sahibinə qovuşduğu üçün xoşbəxtdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə bildirirdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Bu fikirlər Şuşanın Azərbaycan xalqı üçün nə qədər əziz olduğunu nümayiş etdirir. Alınmaz qala olan Şuşa 1992-ci ildə antimilli ünsürlərin xəyanəti nəticəsində işğal edilmişdi. Amma bu, musiqi beşiyimizin azadlığa qovuşacağına ümidini itirmədi. Bu, xalqımızın məğrurluğundan, yenilməzliyindən, tarixinə sahib çıxmasından, ən əsası dövlətimizin dəyişməz mövqeyindən irəli gəlirdi. Ali Baş Komandan dəfələrlə ən yüksək tribunalardan bəyan edirdi ki, işğal altında olan bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq”.

“Şuşa İli” çərçivəsində silsilə tədbirlərin keçirildiyini vurğulayan YAP Xətai rayon təşkilatının sədri deyib: “Bu tədbirlər Zəfərimizə gedən yolun, Şuşa əməliyyatının təqdimatında öz sözünü deyir. Dünyaya səs salan, əfsanəvi bir dastana çevrilən Şuşa əməliyyatı beynəlxalq ekspertlər tərəfindən öyrənilir. Şuşanın işğaldan azad edilməsi Azərbaycan gəncliyinin vətənpərvərliyinin, torpaq sevgisinin göstəricisidir. Bu sevgi onların qanları, canları ilə tarix yazmalarına stimul oldu. Bir daha işğalçıya və ona havadarlıq edən dövlətlərə xatırladıldı ki, torpaqdan pay olmaz. Azərbaycan öz torpaqlarının sahibidir və bir qarış torpağının belə düşmən tapdağında qalmasına imkan verməyəcək. Şuşa nəinki Azərbaycanın, bütün dünyanın canlı təbiət muzeyidir. Qarabağımız, Şuşamız tezliklə dünyanın ən böyük turizm məkanına çevriləcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun Siyasət və sosiologiya şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə diqqətə çatdırıb ki, bu tədbir Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilir.

Yanvar ayının 5-də Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladığını xatırladan professor deyib: “Məsələn, sual oluna bilər ki, niyə Qarabağ yox, “Şuşa İli”? Cavab sadədir. Çünki ulu öndər Heydər Əliyevin bir kəlamı var: Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Bu, böyük hədəf idi. Cari ilin “Şuşa İli” elan olunmasının əsas məqsədi bu idi. Şuşa bizim qeyrətimiz, namusumuz, ləyaqətimiz, mənəviyyatımız, mədəniyyətimizdir”.

Natiq, həmçinin bildirib ki, işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması uzun müddət və böyük maliyyə vəsaitləri tələb edən prosesdir.

Professor bəzi ekspertlərin bu prosesin 5-10 il çəkə biləcəyini və 10 milyard dollardan çox vəsait tələb edəcəyini diqqətə çatdıraraq söyləyib ki, buna baxmayaraq Azərbaycan yaxın keçmişdə ölkəmizin abad guşələrindən biri olmuş işğaldan azad edilmiş torpaqlarda həyatı yenidən bərpa etməkdə israrlıdır. “Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, “Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü, qüdrəti ilə azad etməyə qadirdir” və qısa müddətdə irimiqyaslı quruculuq işləri həyata keçirməklə təkcə ölkənin deyil, həm də bütövlükdə regionun inkişafına mühüm töhfə verə bilər. Azərbaycan Füzuli Beynəlxalq Hava Limanını cəmi 8 ay ərzində inşa edərək istismara verdi. 2021-ci ilin oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu hava limanının açılışında iştirak etdilər və Zəngəzur dəhlizinin, yəni, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə hazırda “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin həyata keçirilməsi bölgə üçün analoqu olmayan yeni imkanlar və perspektivlər vəd edir. Bütün bunlar həm Azərbaycan, həm də ümumilikdə region ölkələri üçün yeni inkişaf trendidir”, - deyə Rəna Mirzəzadə vurğulayıb.

O, həmçinin erməni vandalları tərəfindən dağıdılmış, təhqir edilmiş mədəni, tarixi abidələrimizdən də söz açıb: “Azərbaycan çoxkonfessiyalı ölkə olaraq işğaldan azad edilmiş ərazilərdə təkcə müsəlman abidələrini deyil, xristianlıq və digər dinlərə aid abidələri də bərpa etməyi planlaşdırır. Ölkəmiz UNESCO və digər beynəlxalq təşkilatları Ermənistanın işğalından azad edilmiş ərazilərimizə vurduğu maddi ziyanı qiymətləndirməyə və mədəni irsin bərpasında iştirak etməyə dəvət edir”.

Fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Azərbaycançılıq birliyi və 44 günlük müharibənin Qələbə ilə başa çatmasına müsbət təsiri” mövzusunda məruzəsində bildirib ki, ölkəmizdə milli ideologiyanın - azərbaycançılığın, onun ayrılmaz tərkib hissəsi olan milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, mənimsənilməsində və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir.

Hüseyn İbrahimov qeyd edib ki, azərbaycançılıq dövlətimizin vahid ideologiyasıdır. Bu ideologiya yalnız Azərbaycan vətəndaşlarını deyil, dünyada yaşayan bütün azərbaycanlıları bir bayraq altında birləşdirir. Fəlsəfə doktoru deyib: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası xalqımızı bir araya gətirən, onu xarici təhdidlərdən qoruyan, daxili sabitliyini, dövlətçiliyini təmin edən ideologiya oldu. Bu ideologiyanın təməl prinsiplərini Azərbaycanın adət-ənənələrinin zənginliyində, ölkəmizin multikultural keçmişində axtarmaqla yanaşı, dövlətimizin bu gün həyata keçirdiyi siyasi xətdə, dövlətçilik ənənələrinin möhkəmlənməsində axtardıq. Nəticədə elmi şəkildə bu gün azərbaycançılıq ideyası, eyni zamanda, bizim Qələbəmizi, birliyimizi təmin edən əsas ideoloji konsepsiyalardan biri oldu. Multikulturalizm bizim həyat tərzimizdir. Azərbaycançılığın əsas tərkib hissəsi olan multikulturalizmin özəlliyi ondan ibarətdir ki, burada multikulturalizm yalnız miqrant məsələsi kimi şərh olunmur, o xalqın tarixi keçmişi, adət-ənənəsindən irəli gələn məsələ kimi təhlil edilir. Azərbaycanın silsilə olaraq ev sahibliyi etdiyi 6 beynəlxalq forumda dövlətimiz öz konsepsiyasını təqdim etdi. Sübut etdi ki, Azərbaycan multikulturalizmi haqlıdır və bu ideologiyanın dünyada reallaşması qaçılmazdır. Bunun əleyhinə olan fikirlər isə ksenofobiyadır, irqçilikdir, faşizmdir. Bütün bu təfərrüatların hamısı o nəticəyə gətirib çıxardı ki, artıq Vətən müharibəsinin gedişində dövlətimizin başçısı İlham Əliyevin xarici mediaya müsahibələrində də Azərbaycanın informasiya müharibəsində üstünlüyünü əsaslandıran xətt təqdim olundu. Biz öz torpaqlarımızı azad edirik, multikulturallıq bizim ideologiyamızdır və xalqların dinc yanaşı yaşamasını qəbul edərək onların bir arada mövcudluğunun təminatçısıyıq. Buna bizim ideologiyamız əsas verir”.

Məruzəçi qeyd edib ki, bütün vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik örnəyini çox güclü şəkildə 44 günlük Vətən müharibəsində daha qabarıq şəkildə təqdim etdik.

Seminar-treninqdə fəal gənclər adından çıxış edən Ruslan Qasımov və Yetər Babaşova tarixi Zəfərimizin hər bir azərbaycanlıda doğurduğu qürurdan bəhs ediblər. Bildiriblər ki, Azərbaycan gəncliyi hər zaman dövlətimizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyümüzün keşiyindədir. Milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəyə çağırışlar dövlətimizin siyasətində əsas yer tutur. Dəmir yumruq kimi birliyimizin nəticəsi dünyaya səs salan, Azərbaycanı qalib ölkəyə çevirən tarixi Zəfərimizdir.

Seminar-treninq məruzələr ətrafında müzakirələrlə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kuba dərinləşən böhran fonunda yeni “müharibə dövrü iqtisadiyyatı” tədbirlərini elan edir

Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər

Qərb Ukrayna üçün silah alınmasına 675 milyon dollar ayıracaq

Gürcüstanda Gəncə qapılarının bir hissəsinin saxlanıldığı məbəd kompleksi turistlər üçün bağlanıb

Vaqif Abdullayev: Azərbaycan-İsrail müttəfiqliyi xalqlarımızın möhkəm dostluğuna əsaslanır

Politico: Şolts nasizm qurbanı olan polşalılara təzminat vəd edir

Astana Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə hazırlaşır

Milli Depozit Mərkəzi depo hesabların açılması üzrə yeni arxitektura formalaşdırıb

Mərkəzi Bank: Bugünkü hərracda tələb 73,7 milyon dollar təşkil edib

Fərid Qayıbov: İşçi qrup MDB Oyunlarının yüksək səviyyədə təşkili üçün fəaliyyətə başlayıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Subregional Ofisinin rəhbəri: Azərbaycan nümunəvi ölkə statusundadır

İsveçrə Milli Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

Belarusda ikinci Atom Elektrik Stansiyasının tikilməsi planlaşdırılır

Milix Yevdayev: Azərbaycan din və dövlətin harmoniyasını yaradan nadir ölkələrdəndir

“Azəriqaz”ın rəhbərliyi Masallıda vətəndaşlarla görüşəcək

® ADORE və “Sabina” mağazalarında 50 faizədək yay endirimləri başladı!

“Maarifçi” təcrübə proqramını uğurla bitirənlərin 7-si BDU-nun tələbə və məzunudur

“Əl Ayn” nəşri COP29 haqqında geniş məqalə dərc edib

Cari ilin ilk 6 ayında Azərbaycana giriş etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb - EKSKLÜZİV

Fransada 185 namizəd seçki yarışından çıxıb

Azərbaycan polisinin xidməti dövlətə və xalqa sədaqətin nümunəsidir VİDEO

“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib

Moskva Dövlət Universitetinin Bakı filialı 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsinə qəbul elan edir

Akademik: Yəhudilər Azərbaycanın tolerantlıq imkanlarını ən yüksək səviyyədə nümayiş etdirirlər

Azərbaycan çempionu kapitanı ilə müqaviləni yeniləyib

Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib

MİQ-də yüksək bal toplayan müəllim: İkinci dəfədir imtahan verirəm

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başlayıb

Füzuli və Xocavənd rayonlarına mediatur başlayıb

“Qarabağ” Yunanıstan millisinin qapıçısına təklif göndərib

Bakı Ali Neft Məktəbinin komandası “PASHA Hackathon 4.0” da qalib oldu

Agentlik məktəb direktoru və direktor müavini kimi çalışmaq istəyənlərə xəbərdarlıq etdi

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Venesuela ABŞ hökuməti ilə dialoqun bərpa olunduğunu elan edib

Çin Liderinin Qazaxıstana dövlət səfəri başlayıb

DSMF: Yanvar-iyun aylarında xüsusi şərtlərlə pensiya alanların sayı 144 mindən çox olub

“Qafqazlı qardaşqızı” operettası növbəti dəfə səhnədə

Nazir müavini: Azərbaycan xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması sahəsində də nailiyyətlər əldə edib

Milli Kitabxananın əməkdaşları tərəfindən “Süleyman Ələsgərov” adlı ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Pakistanda 657 məhsulun idxalına 55 faizədək rüsum tətbiq edilib

“Azərişığ”ın gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb

Azərbaycanlı məktəblilər Türkiyədə uşaq rəsm müsabiqəsinin qalibləri sırasında yer alıblar

“Gəncə”dən ayrılan voleybolçu Fransa klubuna keçib

Ötən həftə Liviyadan 303 miqrant deportasiya edilib

Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi ilə bağlı görülən işlər açıqlanıb

MİQ imtahanlarının ilk günündə texnologiya fənni üzrə 2564, təsviri incəsənət fənni üzrə 1592 namizəd dəvət olunub

Çempionlar Liqası: Azərbaycan təmsilçisinin püşkatmadakı səbəti açıqlanıb

ŞKTR-in maliyyə naziri Azərbaycanla əlaqələrin inkişafını alqışlayıb

Baş dövlət baytarlıq müfəttişi: Azərbaycanda heyvanlar arasında kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib VİDEO

UNEC rektoru abituriyentlərlə görüşəcək

Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir

Amerika Kuboku: ABŞ millisi qrupda qalıb, Panama növbəti mərhələyə yüksəlib

Hindistanın şimal-şərqində 640 min nəfər daşqınlardan zərər çəkib

Avropa Yayım Birliyi “Eurovision”da iştirak qaydalarını sərtləşdirir

Vətəndaşlar üç ədəd tüfəngi polis orqanlarına təhvil verib

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan “Baker Hughes” və “Zhero” şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

“ASAN xidmət” modeli əsasında İndoneziyada 200-dən çox mərkəz yaradılıb

Ermənistanda hava limanında bomba xəbərdarlığı edilib

DİN: İyulun ilk günü 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Avro-2024: Türkiyə millisi bu gün Avstriya ilə qarşılaşacaq VİDEO

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

® Bakıda salınan yeni körpünün inşasında “STP Şirkətlər Qrupu” iştirak edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Monqolustan parlamenti yeni spiker seçib

Türkiyə Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın dörd ölkəyə səfərləri müzakirə ediləcək

Bakıdakı Rus evində Aytən Oqtayqızının və Nuranə Zeynalovanın müəllif konserti olub

Elmar Qasımov “Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu”nda iştirak edib

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ölkə ərazisində qeydə alınan 24 cinayətin üstü açılıb

Ağsu rayonunda təsərrüfatların 90 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

“Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib, qərarlar qəbul olunub

AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib VİDEO

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala yüksəlib

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO