Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhkəmə-hüquq sistemi ölkəmizin hərtərəfli inkişafına uyğun müasirləşir

Məhkəmə-hüquq sistemi ölkəmizin hərtərəfli inkişafına uyğun müasirləşir

Bakı, 22 fevral, AZƏRTAC

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək müstəqil dövlətimizin banisi, bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin dövlət inkişafı kursunun Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək respublikamızın hərtərəfli davamlı tərəqqisini qeyd edib, Ulu Öndərin ən ümdə vəsiyyəti olan doğma torpaqlarımızın Vətən müharibəsində şanlı Qələbəmizlə azad olunaraq sürətli bərpasını vurğulayıb.

Bildirib ki, dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən müntəzəm səfərlər edilərək doğma Qarabağımızda və Şərqi Zəngəzurda ölkəmizin öz gücü hesabına nəhəng infrastruktur layihələr reallaşdırılır, tarixi, dini və mədəni abidələrimiz bərpa olunur və artıq soydaşlarımız öz əzəli yurdlarına qayıdırlar. Bütün bunlar dövlətimizin dünyada iqtisadi qüdrətini nümayiş etdirir.

İclasda məhkəmə-hüquq sisteminin dövlətimizlə bərabər inkişaf etdiyi, dahi öndər tərəfindən aparılan köklü islahatlar nəticəsində Azərbaycanda məhkəmə sisteminin demokratik prinsiplər əsasında yaradıldığı vurğulanıb. Prezident İlham Əliyevin dövlət siyasətinin prioritetlərindən biri olan məhkəmə-hüquq sisteminin davamlı inkişafına daim xüsusi önəm verdiyi, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi ilə bağlı ardıcıl tədbirlərin görüldüyü qeyd olunub.

Bu sahədə mühüm “yol xəritəsi” olan və beynəlxalq ekspertlər tərəfindən olduqca yüksək dəyərləndirilən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı görülən əməli işlərə toxunulub.

Qeyd olunub ki, ötən müddətdə cəza siyasətinin humanistləşdirilməsi, məhkəmə icraatında çevikliyin təmin edilməsi və işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mühüm qanunlar qəbul edilib. 13 yeni regional məhkəmələr yaradılıb, özəl ekspertiza fəaliyyəti təsbit olunub, mediasiya institutu fəaliyyətə başlayıb. Məhkəmə infrastrukturu müasirləşdirilərək yüksək hi-tech məhkəmələr yaradılıb, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi genişləndirilib, proseslərdə videokonfrans və elektron icraat, habelə məhkəmə rüsumlarının diferensiasiyası tətbiq edilib. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Ali Məhkəmə tərəfindən monitorinqlərin aparılmasına dair qaydalar qəbul olunub.

Eyni zamanda, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qəbul olunmuş yeni qaydalar hakim kadrlarından daha səmərəli istifadəyə rəvac verib.

İclasda 2022-ci ildə Şura tərəfindən 100-dən çox hakimin fəaliyyətinin həmin Qaydalara uyğun prinsipial qiymətləndirildiyi, 30 nəfər yeni nəsil hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkildiyi, 50 məhkəmə sədri vəzifələri üzrə təyinatlar aparıldığı bildirilib. 4 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq səlahiyyətlərinin vaxtından əvvəl xitam edildiyi, 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verildiyi qeyd olunub.

Bu sahədə məqsədyönlü fəaliyyətin nəticəsidir ki, yuxarı instansiya məhkəmələrinin tərkibinin əksəriyyəti, habelə bütün kollegiya və apellyasiya məhkəmələrinin sədrləri təzələnib, fəaliyyətində dönüş yarada bilməyən bir sıra hakimlər bu məhkəmələrdən kənarlaşdırılıb.

Eyni zamanda, Fərmanla ayrılmış əlavə 200 yeni hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilərək, hakimlərin seçim proseduru təkmilləşdirilməklə fasiləsiz aparılan şəffaf seçim nəticəsində 123 nəfər, o cümlədən Şuranın ötən il verdiyi təqdimatlar əsasında 79 nəfər hakimliyə namizəd müxtəlif hakim vəzifələrinə təyin olunublar. 270 nəfər namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədirlər.

Yeni təyin edilən hakimlərin əksəriyyətini 35 yaşadək olan hüquqşünaslar, 50 faizə qədərini isə qadınlar təşkil edir. Bu da ölkəmizdə gender prinsiplərinin qorunmasına, qadınların ictimai həyatda fəal iştirakına dəlalət edir.

Bütün hakim korpusunun 80 faizindən çoxunu məhz bu mütərəqqi üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil edir.

İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin, həmçinin məhkəmələrdə baxılan işlərin keyfiyyətinə müsbət təsiri, təmin edilən iddiaların sayının və yekun məhkəmə qərarlarının stabilliyinin artdığı qeyd olunub, bu sahədə islahatlarımızın nüfuzlu beynəlxalq təsisatlar tərəfindən də təqdir edildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) hesabatlarına əsasən, Azərbaycan məhkəmələrin səmərəlilik göstəricilərinə görə bir çox inkişaf etmiş Avropa dövlətlərini qabaqlayıb, o cümlədən məhkəmələrdə işlərə baxılması tezliyinə və informasiya texnologiyalarının geniş tətbiqinə görə ölkəmiz orta Avropa rəqəmlərini xeyli üstələyib, İT-nin inkişaf səviyyəsinə görə 49 ölkə sırasında 14-cü yerdə qərarlaşıb.

Həmçinin hakimlərin məsuliyyət hissinin artırılmasının daim diqqətdə saxlanıldığı, bu sahədə qəti tədbirlərin görüldüyü, o cümlədən ötən il korrupsiyaya şərait yaradan hallara və digər pozuntulara görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi, 2 nəfərin tutduğu vəzifədən azad olunduğu bildirilib.

Məhkəmələrdə qeyri-prosessual münasibətlərin qarşısının alınması, onları doğuran səbəblərin aradan qaldırılması məqsədilə Şura tərəfindən yerlərdə davamlı monitorinqlər və vətəndaşların qəbulunun aparıldığı, Şuranın “Qaynar xəttinə” daxil olan aidiyyəti müraciətlər araşdırılmaqla vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə ötən il 160-dan çox hakimin rəsmi xəbərdar edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bütün bunlar onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar pozuntulara görə intizam icraatları başlanılıb.

Şurada dövlət başçısının məhkəmə fəaliyyəti ilə bağlı tövsiyə və çağırışları diqqətə çatdırılaraq məhkəmələrin insanlar üçün əlçatanlığının, məhkəmə prosesinin çevikliyinin və ədalətliliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətində qabaqcıl İKT-nin və süni intellektin tətbiqi, bu texnoloji yeniliklərdən insan hüquqlarına və etik prinsiplərə riayət olunmaqla istifadə edilməsi ilə bağlı vəzifələrə toxunulub.

Şura üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyi və şəffaflıqla bağlı tələblərin daim rəhbər tutulmasının vacibliyini bildirib, vahid məhkəmə təcrübəsinin tətbiqi, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəldilməsi üzrə tədbirləri qeyd edib.

İclasda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə xüsusilə əlamətdar olduğu vurğulanaraq müasir məhkəmə-hüquq sistemimizin müəllifi, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin məhkəmələrdə qeyd olunması ilə bağlı əməli kömək göstərilməsinə dair müvafiq tapşırıqlar verilib.

Həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması, habelə işğaldan azad edilmiş ərazilərdə ədalət mühakiməsi işinin təşkili ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO