MEKSİKA MƏTBUATI AZƏRBAYCAN HAQQINDA YAZIR
AZƏRTAC xəbər verir ki, Meksikada ingilis dilində çıxan “The News” qəzeti ümummili lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Azərbaycanın bu ölkədəki səfirliyində təşkil olunan Azərbaycan klassik musiqisi konserti barədə məqalə dərc etmişdir.
Məqalədə deyilir ki, havanın kəskin dəyişməsi, yağış və dolu yağması konsertin baş tutmasına mane olmamışdır. Konsertdə Azərbaycan bəstəkarları Qara Qarayev, Asəf Zeynallı, Cahangir Cahangirovun əsərləri Meksika simfonik orkestrinin ifasında səslənmişdir. Orkestrin musiqiçiləri arasında hazırda Meksikada yaşayan Azərbaycan vətəndaşları da vardır.
Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili İlqar Muxtarov dahi öndər Heydər Əliyevin həyat və fəaliyəytindən, Azərbaycan xalqı qarşısında xidmətlərindən danışmışdır. Sonra Rusiyanın Meksikadakı səfiri Valeri Moroz, Türkiyə səfiri Əhməd Banquoğlu xatirələri ilə bölüşmüşlər.