Meksikada partlayış nəticəsində ölənlərin sayı 85-ə çatıb
Bakı, 21 yanvar, AZƏRTAC
Meksikanın İdalqo ştatında neft boru kəmərində baş vermiş partlayış nəticəsində həlak olanların sayı artaraq 85 nəfərə çatıb.
AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Alkoser məlumat verib.
Onun sözlərinə görə, hazırda xəstəxanalarda 58 yaralı qalmaqdadır. Yaralıların bəziləri ağır vəziyyətdə olduğundan ölü sayının artması istisna edilmir.
Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, sonra yanğın başlayıb. Hadisə boru kəmərinin qanunsuz kəsilmiş yerində yanacaq yığmaq üçün çoxsaylı insanların toplaşdığı vaxt baş verib. Faciə ilə əlaqədar ölkədə fövqəladə hallar üzrə milli komissiya işə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2026 [22:30]
Livanın Baş naziri: İsrail ordusu ölkənin cənubunda 68 kəndə nəzarət edir
- 11.05.2026 [22:21]
Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb
- 11.05.2026 [20:18]
BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub
- 11.05.2026 [20:11]
Tramp: İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır
- 11.05.2026 [18:07]
Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar
- 11.05.2026 [17:44]
Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub
- 11.05.2026 [17:40]