Məktəb direktorları üçün təlimlər davam edir
Bakı, 20 fevral, AZƏRTAC
Ümumi təhsil müəssisələrinin direktorları və direktorların işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər davam edir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən təşkil olunmuş təlimlərin növbəti günündə xüsusi halların təsnifatı, xüsusi hallarla bağlı sənədləşmə fəaliyyəti və məlumat mübadiləsi, insan resurslarının idarə olunması və əmək münasibətlərinin tənzimlənməsinə dair məsələlər nəzərə çatdırılıb.
Daha sonra məktəb direktorlarına və direktorların işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlərə müvafiq məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Təlimlər müvafiq istiqamətlər üzrə davam etdirilir.