Məktəb kollektivi 30 ailəyə yardım edib
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 93 nömrəli tam orta məktəbin kollektivi nümunəvi addım atıb. Belə ki, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi səbəbindən ehtiyacı olan ailələrə yardım göndərilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, günəmuzd işləyən 30 ailə məktəb kollektivi tərəfindən ərzaq və müxtəlif gündəlik tələbat malları ilə təmin olunub.
Qeyd edək ki, yardım göstərilən ailələrin övladları 93 nömrəli tam orta məktəbin şagirdləridir. Seçim zamanı əsasən övladını tək böyüdən və ya ailə üzvləri müxtəlif xəstəliklərdən əziyyət çəkən ailələrə üstünlük verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]