İDMAN
Məlumat Hesablama Mərkəzinin əməkdaşı bilyard üzrə dünya ikincisi olub
Bakı, 16 avqust, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşı Seymur Məmmədov bilyardın “sərbəst piramida” növü üzrə keçirilən Dünya Çempionatında ikinci yerə layiq görülüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Qırğızıstanın Çolpon-Ata şəhərində təşkil olunan Dünya Kuboku üzrə yarışda 25 ölkədən 107 idmançı iştirak edib. Hər görüşün müddəti 1 saat 20 dəqiqə olan yarışda 86 kişi, 21 qadın idmançı mübarizə aparıb.
Həmyerlimiz Seymur Məmmədov yarımfinalda qırğız Əziz Madaminov adlı bilyard ustasını məğlub edərək finala vəsiqə qazanıb. Finalda rusiyalı Semen Zayçevlə gərgin mübarizədə Seymur Məmmədovu qələbədən cəmi bir top ayırıb.
Qeyd edək ki, idmançımız iki dəfə bilyard üzrə Avropa çempionatında 2-ci yerin sahibi, Qafqaz kubokunun qalibi olub. Seymur Məmmədov bu günə qədər bilyard üzrə yüksək nəticə göstərən ilk və yeganə azərbaycanlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]