Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Daşkəsən rayonunda növbəti səyyar görüş təşkil edilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, səyyar görüş zamanı vətəndaşların şifahi müraciətləri dinlənilib, maliyyə xidməti sahəsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə vətəndaşlar tərəfindən kredit istəyi, kredit öhdəlikləri üzrə güzəşt istəyi və ATM quraşdırılması ilə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerində araşdırılaraq müvafiq izahat verilib, əlavə araşdırma tələb edən məsələlər nəzarətə götürülüb.
Qeyd edək ki, vətəndaşlar görüşlərlə bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]