ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxananın fonduna yeni nəşrlər təqdim edilib
![](/files/galleryphoto/2022/2/1200x630/16542633146530816363_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542633143012926745_1200x630.jpg)
Bakı, 3 iyun, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fonduna yeni nəşrlər təqdim edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, Qarabağın, Şuşanın qədim tarixindən, zəngin mədəniyyətindən, həmçinin Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edən nəşrlərin bir qismi şəhid ailələri və müəlliflər tərəfindən fonda hədiyyə edilib.
Nəşrlər sırasında “Şuşanın sehrli açarları” (Solmaz Amanova), “Şuşa. Hər daşı-qayası tarix” (Zəhra Muradova), “Bala Bəhmənlinin böyük tarixi” (Elçin Əsədov), “İgid ölər, adı qalar (Əli İsmayılov)”, “Zülmətdə doğan günəş” (Rəfiqə İsaqqızı), “Məni göylərdə axtarın” (Dilarə Rüstəm), “Mənim qəhrəmanım Kərim Əhmədəliyev” (Ülviyyə Əliyeva), “Qəlbimizin zirvəsində yaşayan qəhrəman...” (Esmira Günəş), “Azərbaycanın dövlətçilik tarixində qəhrəmanlıq dastanı” (Faiq Qarayev), “General Polad Həşimov xatirələrdə” və digərləri yer alıb.
Qeyd edək ki, MEK-ə Şərqşünaslıq İnstitutundan dahi şair Nizami Gəncəvinin “Yeddi gözəl” və “İsgəndərnamə” əsərləri də təqdim olunub.