MƏŞHUR İTALYAN AKTRİSASI KLAUDİA KARDİNALENİN 70 YAŞI TAMAM OLUR
AZƏRTAC xəbər verir ki, məşhur İtalyan aktrisası Klaudia Kardinalenin 70 illik yubileyi qeyd edilir. O, 1938-ci ildə Tunisdə anadan olmuşdur. Aktrisanın italyan valideynləri o zaman Fransanın müstəmləkəsi olan Tunisə Siciliyadan köçmüşdülər.
Kardinale 1958-ci ildə gözəllik müsabiqəsində qalib gəldikdən sonra kinoaktrisa karyerasına başlamışdır. O, Mario Maniçelli, Federiko Fellini və Lukino Viskonti kimi görkəmli rejissorların filmlərində çəkilmişdir.
Kann festivalında Kardinaleyə həsr olunmuş xüsusi proqram, habelə “Mən Klaudiayam, bir italyan qadının tarixi” sənədli filmi təqdim olunacaqdır. Gözəlliyini və təravətini itirməyən Klaudia Kardinale hazırda iki filmdə - Tunisdə lentə alınan “Sap”, habelə tanınmış rejissor Canni Amelionun “Birinci adam” filmlərində çəkilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]