İDMAN
Məşhur tennisçisi Novak Cakoviç “Rio-2016”da mübarizəni erkən dayandırıb
Bakı, 8 avqust, AZƏRTAC
“Rio-2016” Yay Olimpiya Oyunlarında gözlənilməz hadisə baş verib.
AZƏRTAC xəbər verir ki, dünyanın ən yaxşı tennisçisi olan serbiyalı Novak Cakoviç sürpriz şəkildə ilk turda məğlub olaraq turnirlə vidalaşıb. Məşhur tennisçi argentinalı Xuan Martin Del Potroya uduzub.
Serbiyalı idmançı turnirin favoritlərindən hesab olunurdu. Rəqibi Del Potro isə ötən illərdə aldığı zədələr ucbatından tennis üzrə dünya reytinq sıralamasında 141-ci yerdə qərarlaşıb.
Novak Cakoviç 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında bürünc medala sahib olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]
“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb
- 07.05.2024 [11:55]