Mexikoda prezident tərəfdarlarının yürüşünə bir milyondan çox insan qatılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Bazar günü Prezident Andres Manuel Lopes Obradorun tərəfdarlarının Meksika paytaxtında keçirdiyi nümayişdə 1,2 milyondan çox insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə paytaxt Mexikonun meri Klaudiya Şeynbaum özünün tviter hesabında yazıb.
Nümayişçilər bir neçə magistral yolu və dövlət başçısının sıxış etdiyi “Sokalo” mərkəzi meydanını doldurub.
Tədbirdə çıxış edən Meksika Prezidenti hökumətin əldə etdiyi uğurlardan - minimum əməkhaqqının artırılmasından, koronavirus pandemiyasının iqtisadi nəticələrinin aradan qaldırılmasından, sosial proqramların hazırlanmasından və cinayətlərin azalmasından danışıb.
Müxalifət nümayəndələri isə öz növbəsində hakimiyyətin kütləvi tədbirlər vasitəsilə hələ də həll edilməyən problemlərdən diqqəti yayındırmağa çalışdığını bildirib.
Ölkədə oktyabr ayında keçirilən ictimai rəy sorğusunun nəticələrinə əsasən, 129 milyon meksikalının təxminən 56 faizi hakimiyyətin fəaliyyətini qənaətbəxş hesab edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]