“Microsoft İnternational” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüş
Davos, 24 yanvar (AZƏRTAC). Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Microsoft İnternational” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşü olmuşdur.
Görüşdə “Microsoft İnternational” şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi. Bu şirkətin Azərbaycanda elektron hökumət layihəsinin həyata keçirilməsi istiqamətində təklif etdiyi xidmətlərin əhəmiyyəti vurğulandı.
İnformasiya təhlükəsizliyinə dair məsələlərin müzakirə olunduğu görüşdə “Microsoft İnternational” ilə Azərbaycan arasında gələcəkdə strateji əməkdaşlıq müqaviləsinin imzalanması, bu şirkətin ölkəmizdə informasiya mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı.