Mikayıl Cabbarov: Ümumi daxili məhsul 5,6 faiz artıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 98 milyard 77,8 milyon manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,1 faiz artaraq 50 milyard 285,8 milyon manat olub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda artımın əvvəlki ildə olan artım tempi ilə müqayisədə sürətlənməsi prosesi davam edir.