Milli Azərbaycan Tarixi Muzeyində Şuşaya aid eksponatlar qorunur
Bakı, 8 may, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda Şuşa materialları özünəməxsus yer tutur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bunlar - Əfşarlara məxsus çəpkən (XVIII əsr), Xurşidbanu Natəvana, Kəbirlinskilərə, Üzeyir Hacıbəylinin anası Şirin xanıma məxsus geyim dəstləri, Mir Möhsün Nəvvabın qəlyan küpü və təsbehi, Nəcəf bəy Vəzirova məxsus qobur, Mehmandarovlara aid çuxadır.
Bu materiallar 1992-ci il mayın 8-dən Ermənistanın işğalı altında olan Şuşa şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında zəngin məlumatlar ehtiva edir və muzeydə mühafizə olunur.