MİLLİ MƏCLİS VERGİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏDƏYİŞİKLİKLƏR ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclis Vergi Məcəlləsinə 80-dən çox əlavə və dəyişiklik etmişdir. Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə demişdir ki, 2007-ci ilin dövlət büdcəsinə daxilolmaların 70 faizdən çoxu Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcəkdir. Məcəlləyə edilən dəyişikliklər vergi siyasətinin və vergi nəzarətinin təkmilləşdirilməsinə, vergi inzibatçılığında hesablamaların sadələşdirilməsinə xidmət edəcəkdir. Bir neçə əlavə və dəyişiklik isə redaktə xarakterlidir. Təklif olunan dəyişikliklər həm də vergidənyayınmanın qarşısını alacaq, hüquqi və fiziki şəxslərin vergi yükünü azladacaqdır. Əsas dəyişikliklərdən biri şərti maliyyə vahidi ilə bağlıdır. Belə ki, gələn ildən şərti maliyyə vahidindən imtina edilərək bütün cərimələr, hesablaşmalar və digər əməliyyatlar manatla həyata keçiriləcəkdir.
Komissiya sədrinin bildirdiyinə görə, hüquqi və fiziki şəxslərin vergidən yayınmasının qarşısını almaq və vergi daxilolmalarının həcmini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə də əlavələr və dəyişikliklər edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:24]
İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]