MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini bir daha açıqlamış, ölkəmizin problemin beynəlxalq hüquq və ATƏT-in özünün tərəfdar çıxdığı prinsiplər - dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həllinə tərəfdar olduğunu vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan işğal faktı ilə barışmayacaqdır.
Parlamentin sədri mayın 13-də Milli Məclisə təkrar seçkilərə hazırlığın vəziyyətindən də danışmış, seçkilərin tam demokratik və şəffaf keçiriləcəyinə əminliyini ifadə etmişdir.
Qoran Lenmarker Azərbaycanda müşahidə etdiyi inkişafdan məmnun qaldığını vurğulayaraq dedi ki, bu cür inkişaf xarici vətəndaşların hamısı tərəfindən yüksək qiymətləndirilir.
Sonra görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan məruzə, problemin həlli yolları, təkrar seçkilər və qarşılıqlı maraq doguran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.