MİLLİ MƏCLİSİN DEPUTATI GÜRCÜSTANDA KEÇİRİLƏCƏK PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü Qənirə Paşayeva mayın 16-dan 23-dək Gürcüstanda səfərdə olacaqdır.
Səfərin məqsədi Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdir.
Milli Məclisin deputatı seçki dairələrində və məntəqələrdə olacaq, səsvermənin gedişini izləyəcəkdir.