MİLLİ MƏCLİSİN DEPUTATLARI QARAÇÖP MAHALINA BAŞ ÇƏKMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatIı Qənirə Paşayeva və Həvva Məmmədova mayın 8-də Gürcüstanın Saqareco rayonunda azərbaycanlılar yaşayan Qaraçöp mahalına baş çəkmişlər. Onlar bu mahalın Düzəyrəm və Ləmbəli kəndlərindəki məktəblərə kompyuter dəstləri hədiyyə etmiş, bir nəfər əlilə əlil arabası bağışlamışlar.
Qaraçöplülər qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fonduna, onun rəhbəri Mehriban xanım Əliyevaya və qonaqlara minnətdarlıqlarını bildirmişlər.