Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komissiyanın sədri Eldar İbrahimov iclasda Milli Məclisin İntizam komissiyasının fəaliyyət istiqamətlərinin müzakirə olunacağını qeyd edib.
Bildirilib ki, komissiyanın səlahiyyətləri Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsində öz əksini tapıb. İntizam komissiyası öz səlahiyyətlərini intizam tədbirlərinin tətbiqi ilə parlamentdaxili məsuliyyətə cəlb etməklə həyata keçirir.
Komissiyanın sədri Eldar İbrahimov diqqətə çatdırıb ki, komissiyanın fəaliyyətini daha da yaxşılaşdırmaq üçün yeni Əsasnamə hazırlanıb. Əsasnamə layihəsi hazır olanda müzakirəyə təqdim ediləcək.
İclasda çıxış edən komissiyanın katibi, deputat Nurlan Həsənov bildirib ki, İntizam komissiyasının fəaliyyətini tənzimləyəcək yeni Əsasnamədə komissiyanın səlahiyyətləri, deputatın hüquq və vəzifələri, müraciətlərə baxılması qaydası və digər məsələlər öz əksini tapıb. Əsasnamə hazırlanarkən beynəlxalq təcrübədən, əsasən isə Almaniya təcrübəsindən istifadə olunub.
Sonra çıxış edən komissiya üzvləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Hikmət Məmmədov, Nəsib Məhəməliyev, Nizami Səfərov, Məşhur Məmmədov, Afət Həsənova yeni Əsasnamə barədə təkliflərini veriblər, prosesin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Bununla da Milli Məclisin İntizam komissiyasının iclası başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]
Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:53]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [18:46]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [18:40]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [18:35]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:48]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [17:30]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [17:15]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [17:03]
BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib
- 10.10.2026 [16:26]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [16:18]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [15:10]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:52]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:44]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [14:23]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 10.10.2026 [14:09]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 10.10.2026 [13:52]
Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
- 10.10.2026 [13:44]