SİYASƏT
Milli Məclisin nümayəndə heyəti İrana səfər edəcək
![Milli Məclisin nümayəndə heyəti İrana səfər edəcək](/files/2017/2/1200x630/15018477836444617493_1200x630.jpg)
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti avqustun 5-də İran İslam Respublikasının paytaxtı Tehranda səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı Milli Məclisin sədri və onu müşayiət edən şəxslər İran Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcəklər.
Oqtay Əsədovun tədbirə qatılan nümayəndə heyətlərinin başçıları ilə görüşləri də nəzərdə tutulub.