Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI FORUMUNUN VI QURULTAYI KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, aprelin 26-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VI qurultayı keçirilmişdir.

Dövlət qurumları nümayəndələrinin, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların təmsilçilərinin qonaq kimi qatıldığı tədbirdə Azərbaycanın dövlət himni səslənmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qurultayın işçi heyəti seçilmiş, gündəlik təsdiq edilmişdir.

Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin qurultaya təbrikini oxumuşdur.

Baş nazirin müavini Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, gənclər və idman naziri Azad Rəhimov, BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisinin müavini Devid Eyzenberq təbrik nitqi söyləmiş, QHT-lərin ölkəmizin ictimai həyatında fəal iştirakını qeyd etmişlər.

Milli QHT Forumunun prezidenti Azay Quliyevin hesabat məruzəsi dinlənilmişdir.

Qurumun yaradılmasından əsas məqsədin Azərbaycanda QHT sektorunun inkişafını dəstəkləmək, onların pərakəndə fəaliyyətini əlaqələndirmək, habelə qeyri-hökumət təşkilatları ilə dövlət orqanları arasında əməkdaşlığı möhkəmləndirmək olduğunu bildirən A.Quliyev hesabat dövründə görülmüş işlərdən söz açmışdır.

Bildirilmişdir ki, hazırda Azərbaycanda çoxlu sayda QHT fəaliyyət göstərir. Onlar ölkəmizdə demokratik, dünyəvi, hüquqi dövlətin formalaşmasına, insan hüquqlarının qorunmasına, sosial və iqtisadi, o cümlədən qadınların, gənclərin, uşaqların, habelə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, elm, təhsil, mədəniyyətin inkişafına və s. yardım etməyə çalışırlar.

Ötən dövrdə üzvlərin sayı 400-ə çatmış, bölgələrdə QHT-lər üçün regional resurs və təlim mərkəzləri, qurumun məlumat bazası yaradılmış, təlim və seminarlar keçirilmişdir. Forum QHT-lər üçün əlaqələndirmə və əməkdaşlıq baxımından əhəmiyyətli rol oynadığını dəfələrlə nümayiş etdirmiş, dövlət orqanlarının, beynəlxalq təşkilatların və bələdiyyələrın etibarlı tərəfdaşına çevrilmişdir.

Qurum Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurası, Dövlət Əfv Komissiyası, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyası, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunda ictimaiyyəti təmsil edir, hökumətlə QHT sektoru arasında körpü rolunu oynayır.

A.Quliyev rəhbərlik etdiyi forumun Azərbaycanın milli maraqlarının qorunmasında da yaxından iştirak etdiyini diqqətə çatdırmış, ABŞ və Avropanın 37 ölkəsinin 64 qeyri-hökumət təşkilatının Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maliyyələşdirilməsi əleyhinə apardıqları kampaniyanı ifşa etmək məqsədi ilə 2002-ci ilin iyulunda “BTC neft kəmərinə QHT-lərin münasibəti” mövzusunda tədbir keçirmiş, Azərbaycan, Türkiyə və Gürcüstanın 300-dən çox qeyri-hökumət təşkilatının dəstəyi ilə BTC-yə dəstək aksiyasını reallaşdırmışdır.

Milli QHT Forumunun üzvləri 38 milyon ABŞ dolları dəyərində 1730 layihə həyata keçirmiş, nəticədə 7 minə yaxın iş yeri açılmış, ümumilikdə, 1,5 milyon nəfərə xidmət göstərilmişdir. A.Quliyev qarşıda duran vəzifələrdən, həlli vacib olan problemlərdən söz açmışdır.

Tədbirdə qurumun idarə heyətinin sədri Aydın Kərimov və nəzarət təftiş komissiyasının sədri Ceyhun Hacıbəyovun hesabatları dinlənilmiş, ötən dövrdə Forumun fəaliyyəti qənaətbəxş hesab olunmuş, qurultayın qətnaməsi qəbul edilmişdir.

Gizli səsvermə nəticəsində Azay Quliyev yenidən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti seçilmişdir. Forumun idarə heyəti və nəzarət-təftiş komissiyasının üzvləri də seçilmişdir.

Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun VI Qurultayına göndərdiyiniz təbrikə və ünvanımıza söylədiyiniz xoş sözlərə görə Sizə dərin minnətdarlığımızı bildirir və bunu Azərbaycanda ictimai sektora göstərdiyiniz diqqət və qayğının təzahürü kimi qiymətləndiririk. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin himayəsi ilə 1997-ci ildə Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının “Azərbaycanda QHT-lərin institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək” layihəsinin həyata keçirilməsi nəticəsində 95 təşkilat tərəfindən təsis edilən Milli Qeyri-Hökumət Təşkilatları Forumu hazırda müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 400-dən çox təşkilatı özündə birləşdirir.

Milli QHT-lərin problemlərinin həllinə çalışan və onların fəaliyyətini əlaqələndirən Milli Qeyri-Hökumət Təşkilatları Forumu ölkənin ictimai həyatında yaxından iştirak edir, bir sıra nüfuzlu dövlət qurumlarında və beynəlxalq forumlarda ictimaiyyəti layiqincə təmsil edir. Azərbaycanın demokratik və qüdrətli dövlətə çevrilməsi digər mühüm amillərlə yanaşı, ölkədə vətəndaş cəmiyyətinin gücündən və müxtəlif ictimai təsisatların bu prosesdə yaxından iştirakından çox asılıdır. İctimai həyatın bütün sahələrində qeyri-hökumət təşkilatları müxtəlif layihələri reallaşdırmış, bir çox problemlərin həllində dövlətə yaxından kömək etmiş, böyük məbləğdə əvəzsiz vəsaiti ölkəmizə cəlb etmişlər.

Görülən işlərin nəticəsində Azərbaycanın bütün regionlarını əhatə edən QHT sektorunda 3 min 900 daimi, 2 min 900 müvəqqəti iş yeri açılmış, 225 min könüllü cəlb olunmuş və bütövlükdə bu sektorun fəaliyyətindən 1,5 milyon nəfər faydalanmışdır.

Dövlətçiliyimizin möhkəmlənməsi, ictimai-siyasi sabitliyin davamlı olması, milli mənəvi və demokratik dəyərlərin qorunması və inkişafı, sosial-iqtisadi və hüquqi islahatların uğurla həyata keçirilməsi, iqtisadiyyatın yüksək sürətlə inkişafı nəticəsində ölkəmiz regionun aparıcı dövlətinə çevrilmişdir.

Son iki il ərzində regionların inkişafı, işsizliyin və yoxsulluğun azaldılması, vətəndaş cəmiyyətinin gücləndirilməsi, ərazi bütövlüyü və suverenliyimizin bərpası istiqamətində apardığınız məqsədyönlü siyasət ölkə ictimaiyyəti tərəfindən təqdir olunur.

İnanırıq ki, Sizin diqqət və qayğınız nəticəsində bütün sahələrdə olduğu kimi, qeyri-hökumət təşkilatları sektorunun qarşılaşdığı bütün problemlər və çətinliklər də öz həllini tapacaq, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.

Cənab Prezident!

Qurultay nümayəndələri Sizi əmin edir ki, Milli Qeyri-Hökumət Təşkilatları Forumu hər zaman olduğu kimi, bundan sonra da ölkəmizin inkişafı, dövlətimizin güclənməsi və xalqımızın rifahı naminə gördüyünüz bütün işlərdə Sizə dəstək olacaq, bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib