MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ BAYRAM KONSERTİ
AZƏRTAC xəbər verir ki, iyunun 14-də Yeni Azərbaycan Partiyası və Nərimanov Rayon İcra Hakimiyyəti ölkəmizin müstəqillik tarixinə şanlı səhifə kimi yazılmış Milli Qurtuluş günü münasibətilə bayram konserti təşkil etmişlər.
İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə təşkil edilmiş konsert Nəriman Nərimanov adına parkda keçirilmişdir.
Bir neçə saat davam edən konsertdə şəhərimizin on minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmişlər.
Parkda toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]