Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir Dövlət Universitetində informasiya texnologiyaları sənayesinə transformasiya edən trendlərin tətbiqi güclənir

Mingəçevir Dövlət Universitetində informasiya texnologiyaları sənayesinə transformasiya edən trendlərin tətbiqi güclənir

Bakı, 30 iyul, AZƏRTAC

Bu gün informasiya texnologiyaları sferası bu qədər sürətlə inkişaf etməsəydi, əlbəttə ki, adaptasiya olduğumuz müasir rəqəmsal ekomühitimiz olmazdı. XX əsrin sonlarından bu günə qədər bu sektorda sözün əsl mənasında inqilabi sıçrayış baş verib. Ətrafımıza nəzər salsaq görərik ki, müasir trendlərin, məsələn, bulud hesablama texnologiyaları, mobil android proqramları, Big Data texnologiyaları, süni intellekt, ağıllı texnologiya, virtual reallıq (metavers cihazları), Blockchain texnologiyaları, kibertəhlükəsizlik, IoT texnologiyalarının müxtəlif fəaliyyət sahələrinə tətbiqinin və inkişafının həm müşahidəçiləri, həm istifadəçiləri, həm də yaradıcılarıyıq. Sonuncu ifadəni təsadüfdən qeyd etmədim. Məhz rəqəmsal və avtomatlaşdırılmış texnologiyaların inkişafında birbaşa imzasını atmış dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadə olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayevanın məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Məlumdur ki, hər evdə fərdi kompüterlər, notbuklar, smartfonlar, mobil qurğulardan və eyni zamanda, planetin istənilən nöqtəsinə böyük həcmdə məlumat ötürmək və kommunikasiya əlaqələri yaratmaq üçün simsiz və simli şəbəkə texnologiyalarından geniş istifadə olunur. Bu istifadəçi auditoriyasının 70 faizini məhz gənclər təşkil edir. Əminəm ki, bu texnologiyaların işləmə prinsipi, funksionallığı gənc istifadəçi auditoriyasının maraq dairəsini əhatə edir. Təsadüfi deyil ki, startap ideyalar, Azərbaycan-Türkiyə qardaşlığı çərçivəsində may ayında uğurla reallaşdırılmış “TEKNOFEST Azərbaycan” festivalı ölkəmizin potensiallı, savadlı, bacarıqlı gənc tədqiqatçılar auditoriyasının olmasından xəbər verir. Bu, qürurverici bir hissdir. Bundan başqa, son dövrlərin statistik məlumatlarına əsasən həm peşə, həm ali təhsil müəssisələrində bakalavrlar və ikinci təhsil almaq istəyən vətəndaşların çoxu məhz informasiya texnologiyaları sahələrini əhatə edən ixtisasları seçirlər. Bunun da əsas səbəblərindən biri informasiya texnologiyalarının tətbiq sahələrinin genişlənməsi və bu sahənin mütəxəssislərinə verilən əməkhaqqının yüksək olması ilə bağlıdır.

Son 10 ildə dünya miqyasında iqtisadiyyatın ənənəvi sektorları inkişaf tempinə görə informasiya texnologiyaları sənayesindən xeyli geri qalır. Ona görə də informasiya texnologiyaları inkişaf etmiş ölkələrin maraq dairəsinə səbəb olub. Ölkəmizdə də bu sahəyə maraq ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və dövlət proqramları, Strateji Yol xəritələrinin tətbiqi nəticəsində “Azərbaycanın qara qızılının insan qızılına çevrilməsi təşəbbüsü”, insan potensialının inkişafı və möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlərin uğurla reallaşdırılması ilə artmışdır. Bu da informasiya texnologiyaları sənayesinin əsas göstəricisinin məhz insan amili olmasından irəli gəlir. E-dövlət, “ASAN xidmət” layihələri və s. bu istiqamətdə həyata keçirilən insan-maşın interfeysinin ən ali səviyyəsini nümayiş etdirir.

İnformasiya texnologiyaları fəaliyyətinin nəticəsi verilənlər bazası, proqram təminatı və xidmətlər, aparat və daha çox formatda istehlak olunan informasiya məhsulları olub, fəaliyyət sahələri üzrə emal olunan informasiya və bilik ehtiyatlarından səmərəli istifadə etməyə imkan verir. Bu tip texnologiyaların əsas istehsalçıları - ABŞ, Almaniya, Yaponiya, Tayvan və Cənubi Koreya, Hindistan kimi ölkələr ön sırada yer alırlar. Texnologiya bazarında informasiya texnologiyaları məhsullarına tələbi müəyyən edən amillərə aşağıdakıları aid etmək olar: dinamik, daim yenilənən biliklər bazalarının formalaşması; keyfiyyət və qiymət nisbəti; dövlət dəstəyinin olması; standartlaşdırma və sertifikasiya.

Şübhəsiz ki, informasiya texnologiyaları sənayesinin qarşıya qoyduğu əsas məqsədlər qazanc əldə etməklə yanaşı, insana daha rahat həyat şəraitinin yaradılması və həyatının düzənlənməsidir. Əvvəllər real vaxt rejimində uzaq məsafələrlə əlaqə saxlamaq mümkün deyildi, çoxlu sayda elektron naviqasiya, təhlükəsizlik və digər sistemlərlə təchiz olunmuş portativ kompüterlər və avtomobillər yox idi. Yalnız informasiya texnologiyalarının həyatımıza nələr gətirdiyini ciddi düşünəndə bu hadisənin miqyasını və əhəmiyyətini dərk edirsən. Ona görə də respublikada informasiya texnologiyaları bazarının mövcud durumu və artan templə inkişafı əmək bazarının formalaşmasına kifayət qədər təsir etmək gücünə malikdir və digər sahə mütəxəssisləri üçün də informasiya texnologiyalarından istifadə məsələsi artıq zəruri şərtə çevrilib.

Bizim doğma universitetimizdə də bu sahə inkişaf edib. Dövlətimizin başçısının 2019-cu il 31 iyul tarixli Sərəncamı ilə Şahin Bayramovun Mingəçevir Dövlət Universitetinə rektor təyin edilməsindən sonra ali təhsil müəssisəsinin regionda tutduğu mənzərə sürətlə dəyişməyə başlayıb. Rektorun ilk çıxışından bir fraqment: “Əsas məqsədimiz regionda yerləşən ali təhsil müəssisəsini paytaxt universitetləri səviyyəsinə çatdırmaq, eləcə də MDU-nun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına töhfələr verməsini təmin etməkdən ibarətdir”. Bu hədəflərə çatmaq üçün universitetdə müasir, şəffaf, əlçatan və çevik idarəetmə texnologiyalarının tətbiqinə start verildi.

Əməkdaşların sosial rifahının yaxşılaşdırılması

Prezidentin tapşırıqlarına və rektorun əmrinə əsasən universitet əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılaraq, 3 tədris ili ərzində əməkhaqlarında 2 dəfə əhəmiyyətli artım edilib.

Elmi tədqiqatların məzmununa yeni baxışın formalaşdırılması

Universitetdə elmi tədqiqatların məzmununu təkmilləşdirməyi, nəticəyönümlü və ölçüləbilən elmi fəaliyyətin təşkilini reallaşdırmaq üçün əməkdaşlar “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması” mövzusunda təlimlərə cəlb olundu. Universitetin doktorantları və gənc tədqiqatçılarının respublika və beynəlxalq konfranslarda iştirakına dəstəyin gücləndirilməsi, müxtəlif mövzular üzrə elmi seminar və vebinarlarda iştirakın təmin edilməsi bu sahənin canlanmasına səbəb oldu. Bu təlimlərin nəticəsi olaraq 2019-2022-ci illər ərzində MDU əməkdaşlarının “Web of Science” bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayında artım müşahidə olunur. Daha sonra “Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi”nin yaradılması barədə qərar qəbul edilməsi dayanıqlı inkişaf mövzusunun universitetin elmi fəaliyyətinin prioritetlərindən olduğunu bir daha təsbit edib. Universitetin “Dayanıqlı inkişaf” jurnalının işıq üzü görməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunması tədqiqatçıların elmi araşdırmalarını daha keyfiyyətli formada aparmasına şərait yaradıb.

Yerli və xarici əməkdaşlıqların formalaşdırılması

Qarşıya qoyulan hədəflərə çatmaq və MDU-nu yeni dövrün tələblərinə uyğun ali təhsil müəssisəsinə çevirmək məqsədilə nəinki ölkəmizin, hətta xarici ölkələrin qabaqcıl universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına rektorun xüsusi önəm verməsi bizi daha əzmlə çalışmağa motivasiya verib. Bu konseptin reallaşdırılması istiqamətində ilkin mərhələdə 2019-2020-ci tədris ilində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti ilə anlaşma memorandumları imzalanıb və potensial əməkdaşlıq istiqamətləri razılaşdırılıb. 2020-2021-ci və 2021-2022-ci tədris illərində universitetin Erasmus+ proqramında fəal iştirakı davam etdirilib, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti və KTO Karatay Universiteti, eləcə də Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti ilə işbirliyi inkişaf etdirilib, Kiyev Milli Texnologiya və Dizayn Universiteti və İstanbul Gedik Universiteti ilə əməkdaşlığa başlanılıb. 2021-ci ilin dekabr ayında MDU Çində fəaliyyət göstərən Kəmər və Yol Universitet Alyansına üzv qəbul edilib. Qeyd olunan əməkdaşlıqlar və əldə olunan uğurlar rektorumuzun əzmlə durmadan çalışmasına dəlalət edir. Anlaşma memorandumu çərçivəsində Azərbaycan Texniki Universitetinin, Qazi Universitetinin müvafiq kafedraları ilə birgə informasiya texnologiyaları infrastrukturunun inkişafı istiqamətində müxtəlif seminarlar təşkil olunub və bu seminarlarda əməkdaşların iştirakı onların müvafiq istiqamətlər üzrə bilik və bacarıqlarının təkmilləşməsinə səbəb olub. Hər tədris ilində 2 dəfə təşkil olunmaqla İKT sahəsi üzrə təlimlərin və kursların keçirilməsi də daim diqqət mərkəzindədir.

“Universitet-peşə məktəbi-sənaye” əməkdaşlığına xüsusi önəm verilməsi

“Universitet-peşə məktəbi-sənaye” əməkdaşlığı çərçivəsində Mingəçevir Peşə Məktəbi, Bərdə Peşə Məktəbi, texnologiya parkları ilə informasiya texnologiyaları sahələrinin inkişafı üzrə sıx əməkdaşlıq edilir.

Startap fəaliyyətinin dəstəklənməsi

Startap fəaliyyətinin dəstəklənməsi gənc əməkdaşlar və tələbələr arasında elmi araşdırmalar, yeni ideyaların yaranması, onların layihə şəklinə salınması istiqamətində böyük ruh yüksəkliyinin yaranmasına səbəb olub. Məhz bunun nəticəsi olaraq İnnovasiyalar Agentliyi ilə əməkdaşlıq çərçivəsində müxtəlif mövzularda təlimlər, kurslar təşkil olunub. Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Virtual Hackathon-2020” layihəsində tələbələrimiz 4-cü yerə layiq görülüb. “Aquahack” hakaton yarışmasında “Artificial irrigation” layihəsi təşkilatçılar tərəfindən bəyənilib və müvafiq avadanlıqla təmin edilib.

İnformasiya texnologiyaları ekosisteminin formalaşdırılması

Pandemiya dövründə informasiya texnologiyaları sahəsinin ön plana çıxması, onlayn və oflayn dərslərin, onlayn imtahan modelinin yüksək səviyyədə səmərəli təşkili, onlayn alətlərdən istifadəyə diqqətin artırılması və bu sahənin ortaya qoyduğu imkanlar rektorun diqqətindən yayınmayıb və bizimlə görüşlərdə informasiya texnologiyaları sektorunun həm kadr hazırlığına, həm də elmi tədqiqat fəaliyyətinin təkmilləşdirilməsinin və gücləndirilməsinin ali təhsil məkanında prioritet istiqamətlərdən biri olduğunu xüsusi olaraq qeyd edib.

Cari tədris ili informasiya texnologiyaları kafedrası üçün çox məhsuldar və faydalı olub. Kafedra üzrə təqdim olunan 2 layihə uğur qazanıb. Belə ki, kafedramızda Qazi Universitetinin professoru E.Yılmaz elmi-pedaqoji fəaliyyətə başlayıb. Bu müddət ərzində professor E.Yılmazın rəhbərliyi ilə Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində “Mingəçevir Dövlət Universitetində kibertəhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi qalib olub. Kafedranın gənc əməkdaşı E.Muradzadə və İqtisadiyyat və idarəetmə fakültəsinin gənc əməkdaşı N.Əzizlinin təmsil etdiyi “Agrinova” komandası Bakı Qida Hakatonunun qalibi olub və 5000 avro məbləğində pul mükafatı qazanıb. Martın 21-dən 27-dək kafedra müdiri Aidə Mustafayeva və baş müəllimi Asudə Abdurrahmanova Orta Doğu Texniki Universitetində (ODTÜ) təlim və təcrübədə iştirak məqsədilə Türkiyədə səfərdə olublar. Səfər Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində Naxçıvan Universitetinin qalib olduğu “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində təşkil edilib. Səfər çərçivəsində ODTÜ-də “İnsan-maşın interfeysləri” laboratoriyasında, Dizayn fabrikində, Lego laboratoriyasında və Texnoparkda tədqiqatlarla tanış olub, Kompüter mühəndisliyi kafedrasında təşkil edilən təlim və seminarlarda iştirak ediblər. Kafedranın bir neçə əməkdaşı “Gələcək üçün bacarıqlar” layihəsində uğurla iştirak edir, təşkil olunan təlimlərdən faydalanırlar. SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və onların bacarığının artırılması məqsədilə “IBM Cybersecurity Analyst Professional Certificate” and “Google Data Analytics Professional Certificate” peşəkar inkişaf proqramında, universitetin ilk beynəlxalq elmi konfransında, Azərbaycan Texniki Universitetinin (AzTU) ev sahibliyi, Mingəçevir Dövlət Universiteti (MDU), Qazi Universiteti, Süleyman Dəmirəl Universiteti, İsparta Tətbiqi Elmlər Universiteti və Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat” mövzusunda 4-cü beynəlxalq konfransda, “TEKNOFEST Azərbaycan” festivalında kafedra əməkdaşlarının fəal iştirakı təmin olunub. Buradan da belə bir nəticəyə gəlmək olar ki, modernləşmə mərhələsində olan MDU-da tədris və elmi fəaliyyətin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə, əməkdaşların müvafiq təlimlərdə iştirakının təmin edilməsinə xüsusi önəm verilir.

Son 3 tədris ili ərzində kafedranın nəzdində 2 tədris laboratoriyası fəaliyyətə başlayıb. İnformasiya texnologiyaları laboratoriyası universitetin daxili imkanları hesabına yaradılıb.

Kibertəhlükəsizlik laboratoriyası isə Təhsil Nazirliyinin qrant müsabiqəsində “Mingəçevir Dövlət Universitetində kibertəhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılıb.

İnformasiya texnologiyaları sahəsində əldə edilən yeniliklər, uğurlar, məhz rektorun böyük dəstəyi və qayğısı sayəsində baş tutub. Bu məqsədlə cari tədris ilinin payız semestrində İnformasiya texnologiyaları fakültəsinin yaradılması haqqında qərar qəbul olunub. Fakültədə informasiya texnologiyaları ixtisası ilə yanaşı iki yeni istiqamət - informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı planlaşdırılır. Fakültədə fəaliyyət göstərən əməkdaşların bu istiqamətlər üzrə ixtisaslaşması, qabaqcıl yerli və beynəlxalq təcrübədən istifadə etməklə səriştə və bacarıqların artırılması istiqamətində 5 illik strateji hədəflər və islahatların hazırlanması üzərində gərgin işlər aparılır.

Beləliklə, fikrimi rektorun ilk gündən səsləndirdiyi bir şüarla yekunlaşdırmaq istərdim: “Elə etməliyik ki, ölkəmizdə informasiya texnologiyaları dedikdə, ilk öncə ağıla Mingəçevir Dövlət Universiteti gəlsin”! Bax bu şüar bizi sanki yenidən düşünməyə vadar edib. Bir informasiya texnologiyaları mütəxəssisi olaraq, rektorun çağırışına və qoyduğu tələblərə cavab vermək üçün əlimizdən gələni etməyə hazırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb