Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir Dövlət Universitetində Müstəqilliyin Bərpası Gününə həsr olunan birgə konfrans keçirilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti (MDU) və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Davamlı inkişaf edən müstəqil Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

MDU-nun ev sahibliyi etdiyi konfransa Mingəçevirdə səfərdə olan LDU-nun rəhbər və akademik heyət üzvləri, şəhər icra hakimiyyətinin nümayəndələri, MDU-nun əməkdaşları, tələbə və magistrantları qatılıblar. Eyni zamanda, hər iki universiteti təmsil edən müəllim və tələbələrin konfransda onlayn formatda iştirakı təmin edilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan konfrans Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Konfransın açılışında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov və LDU-nun rektoru Natiq İbrahimov çıxış ediblər.

İştirakçıları salamlayan MDU-nun rektoru Ş.Bayramov dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Düz bir il əvvəl Lənkəranda LDU ilə birgə belə bir konfransın keçirildiyini xatırladan Ş.Bayramov tərəfdaşlarla təkrar bir araya gələrək əlamətdar tarixi günün birlikdə qeyd edilməsindən məmnunluğunu bildirib. Müsbət ənənəyə çevrilməkdə olan bu təşəbbüsü əməkdaşlığın inkişafı baxımından yüksək dəyərləndirən rektor konfransın təşkilində əməyi olanlara təşəkkür edib.

Ötən əsrin 90-cı illərində sovet imperiyasının dağılması ilə dünyanın geosiyasi mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edən rektor yaranan qeyri-müəyyən və ziddiyyətli tarixi şəraitdə Azərbaycanın bərpa edilən milli müstəqilliyinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dönməz xarakter aldığını vurğulayıb. Bildirib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirilir və Azərbaycan yeni geosiyasi reallıqlar yaradan nüfuzlu beynəlxalq aktora, qalib və qüdrətli dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər müstəqillik tariximizin ən şanlı səhifələrindəndir. Bu gün ərazi bütövlüyünü təmin etmiş müstəqil Azərbaycanın vətəndaşı olmaqdan hər birimizin sonsuz fəxarət hissi keçirdiyini bildirən Ş.Bayramov ölkənin davamlı inkişafına töhfə baxımından ali təhsil müəssisələrinin rolundan bəhs edib və konfransın işinə uğurlar arzulayıb.

Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən şəhər icra hakimiyyətinin başçısı İ.İsmayılov davamlı müasirləşən və yeniləşən iki region universiteti ilə birlikdə Mingəçevirdə keçirilən konfransda iştirakdan məmnunluğunu bildirib. Tədbirin elmi-nəzəri konfrans formatında birgə təşkilinin önəmini diqqətə çatdıran İ.İsmayılov müstəqillik tariximizin araşdırılması və tarixi həqiqətlərin gənc nəsillərə olduğu kimi çatdırılması işini ali təhsil müəssisələri qarşısında duran başlıca vəzifələrdən biri kimi dəyərləndirib.

Dövlət başçısının müvafiq Sərəncamı ilə mayın 28-nin Müstəqillik Günü və oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edildiyini bildirən icra başçısı tarixi günlərin daha dəqiq ifadə olunması baxımından bu dəyişikliyin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Yetmiş il sovet imperiyasının tərkibində olan Azərbaycanın 1991-ci il oktyabrın 18-də ikinci dəfə milli azadlığına qovuşmasından danışan İ.İsmayılov qeyd edib ki, həmin dövrdə hökm sürən müharibə şəraiti, xaos, anarxiya və separatizm meyilləri ölkəmizi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Məhz xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaya bildi və onu əbədi etdi. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində apardığı nəhəng, düşünülmüş, ardıcıl və sistemli quruculuq işlərindən bəhs edən İ.İsmayılov hazırda Azərbaycanın müstəqillik tarixinin ən güclü və qüdrətli dövrünü yaşadığını bildirib.

Mingəçevirdə və tərəfdaş MDU-nun kollektiv üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən LDU-nun rektoru N.İbrahimov bayram münasibətilə konfrans iştirakçılarını təbrik edib. Tarixi Zəfərin qazanılmasında və müstəqilliyimizin gücləndirilməsində vətənpərvər və qəhrəman gənclərin rolundan danışan N.İbrahimov tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinin universitetlərin əsas missiyalarından biri olduğunu vurğulayıb və bu baxımdan elmi-nəzəri konfransın xüsusi əhəmiyyətini diqqətə çatdırıb.

Müharibədən sonra Azərbaycanın daha sürətli və yeni inkişaf yoluna qədəm qoyduğunu deyən rektor hazırda müasir müstəqillik tariximizin şanlı səhifələrinin yazılmaqda davam etdiyini bildirib.

Birgə konfransda MDU-nun akademik heyət üzvlərindən dosent Nizami Zeynalov “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi zəruriliyi və əhəmiyyəti”, dosent Esmira Cəfərova “Müstəqilliyimiz bu gün: reallıqlar və perspektivlər” və Şuşanın azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş Azərbaycan Bayrağı ordenli I kurs tələbəsi Elnur Salahov “Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin salnaməsinə qızıl hərflərlə yazılmış Zəfər tarixidir” mövzusunda çıxış ediblər. LDU-nun əməkdaşlarından isə professor Telman İmanov “Xalqın rifahına həsr edilmiş həyat: iqtisadi siyasət müstəvisində”, dosent Gülbəniz Əliyeva “Müstəqillik zirvəsi - dinamik iqtisadi inkişaf fonunda müasir qüdrətli Azərbaycan reallığı” və dosent Zaur Məmmədov “Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq” mövzusunda məruzə ediblər.

Məruzələr ətrafında müzakirələr keçirilib və fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb