REGİONLAR
Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçiriləcək
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 14-ü saat 09:00-dan 18:00-dək Mingəçevir Dövlət Universitetinə (MDU) yeni qəbul olunmuş tələbə və magistrantlar üçün “Oriyentasiya günü” təşkil olunacaq.
MDU ailəsinə yeni qoşulan bütün gənclər “Oriyentasiya günü”ndə iştiraka dəvət edilir.
Universitetdən AZƏRTAC-a bildirilib k, tanışlıq günündə tədris binaları, tədris prossesi, imtahanların təşkili, beynəlxalq mübadilə proqramları, tələbə təqaüdləri, MDU-nun kitabxanaları, tələbə təşkilatları, könüllülük fəaliyyəti və İdman-Sağlamlıq Kompleksi və digər məsələlər barədə məlumat veriləcək.
“Oriyentasiya günü”ndə fakültə dekanlıqlarının əməkdaşları, müəllimlər, akademik məsləhətçilər (tyutor), tələbə təşkilatının fəal üzvləri, tələbə-könüllülər universitetlə tanışlıq prosesinə dəstək göstərəcəklər.
Qeyd edək ki, “Oriyentasiya Günü” MDU-nun hər iki korpusunda keçiriləcək.