Mingəçevir Dövlət Universitetinin magistrantları Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM), həmçinin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) bir qrup əməkdaşı, magistrantlar Mingəçevir Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət “MDU-nun 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, MDU kollektivi üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların məzarları üzərinə gül dəstələri düzüblər, Vətən övladlarının ruhuna dualar oxuyublar.