MİNSK HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Belarus Respublikasına ikigünlük rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Minsk milli hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli qızlar dövlətimizin başçısına təyyarənin pilləkəni yanında gül dəstəsi və duz-çörək təqdim etdilər.
Prezident İlham Əliyevi Belarus Respublikasının Baş naziri Sergey Sidorski, xarici işlər naziri Sergey Martınov və digər yüksək vəzifəli dövlət, hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Azərbaycan Prezidenti hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.