Minsk Milli Aeroportunda qarşılanma VİDEO
Minsk, 25 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə gəlmişdir.
MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev, Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.