Misir, İordaniya və İraq liderlərinin üçtərəfli sammiti keçirilib
Qahirə, 26 avqust, AZƏRTAC
Əmmanda Misir Prezidenti Əbdülfəttah əl-Sisi, İraqın Baş Naziri Mustafa Kazımi və İordaniya Kralı II Abdullanın iştirakı ilə üçtərəfli sammit keçirilib.
AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, artıq üçüncü dəfədir keçirilən sammitdə 3 ölkə arasında iqtisadiyyat, ticarət və sərmayələr üzrə əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Əvvəlki sammitlərdə olduğu kimi, bu tədbirdə də Fələstin problemi diqqət mərkəzində olub. Liderlər Fələstin xalqının beynəlxalq sənədlər əsasında və paytaxtı Qüds olmaqla müstəqil dövlət qurmaq hüququnu bir daha vurğulayıblar.
Sammitdə Liviya və Yəməndə münaqişələrin nizamlanması məsələləri də müzakirə edilib. Qeyd olunub ki, Yaxın Şərqdə bütün problemlər dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipinə uyğun olaraq həllini tapmalıdır.
Misir Prezidenti, İordaniya Kralı və İraqın Baş Naziri üç ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, yeni investisiya layihələrinin həyata keçirilməsi üzrə texniki məsələlərin həlli üçün birgə komissiyaların yaradılması barədə qərar qəbul ediblər.
Qeyd edək ki, liderlərin bundan əvvəlki sammitləri 2019-cu ildə Qahirədə və Nyu-Yorkda keçirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]