İDMAN
Misir mətbuatı: Azərbaycan ilk Avropa Oyunlarına tam hazırdır
Qahirə, 11 iyun, AZƏRTAC
Misirin bəzi xəbər saytları “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı məqalələr yayıb. Yaxın Şərq Xəbərlər Agentliyi və digər portallar tərəfindən yayılan məqalələrdə Avropa Oyunlarının keçirilməsi üçün hazırlıq işlərinin başa çatdırıldığı, Azərbaycanın Oyunlara tam hazır olduğu bildirilir, “Bakı-2015” üçün biletlərin artıq satıldığı qeyd edilir.
Məqalələrdə, həmçinin I Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin imzaladığı Sərəncamdan bəhs edilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]