Misirdə binanın çökməsi nəticəsində 14 nəfər həlak olub
Bakı, 3 iyul, AZƏRTAC
Misirin cənubundakı Assiut qubernatorluğunda üçmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb, daha altı nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Assiut əyalətinin media bürosu məlumat yayıb. Xilasetmə qruplarının hələ də axtarışları davam etdirdiyi bildirilir.
Məlumatda qeyd olunub ki, Assiut qubernatoru Essam Saad qəza yerinə gəlib və həlak olanların ailələrinə maliyyə yardımı, yaralılara bütün lazımi dəstəyi təmin etmək üçün aidiyyəti orqanlara tapşırıq verib. Hadisənin səbəblərinin öyrənilməsi və yaxınlıqdakı evlərin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi komissiya yaradılacaq.
Qəzalı vəziyyətə düşmüş binaların bir qismi təxliyə edilib, vətəndaşların həyatını xilas etmək üçün zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]