MÖHKƏM SÜLH BƏŞƏRİYYƏTƏ XİDMƏT EDİR
Müxtəlif ictimai təşkilatların rəhbərlərinin, politoloqların, diplomatların və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbiri Birliyin prezidenti, professor Vəli İsmayılov açaraq, Qafqazda, digər münaqişə zonalarında mövcud vəziyyət haqqında danışmış, silahlı münaqişələrin günahsız qurbanlarını, o cümlədən Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu xatırlatmış, bütün ölkələrin sülhsevərlərini birləşməyə, zora, hegemonluğa qarşı mübarizədə həmrəyliyə çağırmışdır.
Professor ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmizdə bərqərar olmuş sabitliyi qeyd etmiş və bildirmişdir ki, Dünya Qeyri-Hökumət Təşkilatları Assosiasiyasının üzvü olan Birlik Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yönəlmiş səylərini alqışlayır və dəstəkləyir.
Digər natiqlər də vurğulamışlar ki, möhkəm sülh bəşəriyyətin, bəşəri dəyərlərin qorunmasına və möhkəmlənməsinə xidmət edir. Sülhü möhkəmləndirmək üçün ona mane olan amilləri aradan qaldırmaq lazımdır.
Dəyirmi masada Beynəlxalq Sülhsevərlər Birliyinin bəyanatı səsləndirilmişdir. Sənəddə Qarabağ münaqişəsi ilə bağlı danışıqların sülhə gətirib çıxaracağına inam ifadə edilir, bütün ölkələrin sülhsevərləri birliyə çağırılır.