DÜNYA
Moldovada 300-dən çox uşaq cinsi zorakılığa məruz qalıb
![Moldovada 300-dən çox uşaq cinsi zorakılığa məruz qalıb](/files/2019/3/1200x630/15742221414235144362_1200x630.jpg)
Kişineu, 20 noyabr, AZƏRTAC
Bu il ərzində Moldovada 300-dən çox uşaq cinsi zorakılığa məruz qalıb.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun yaydığı hesabatda qeyd olunub.
Məlumata görə, uşaqlara qarşı cinsi zorakılığı daha çox valideynlər, qanuni nümayəndələri və tərbiyəçilər edib. Bundan başqa cinsi təcavüz üçün mobil telefon və sosial şəbəkələrdən daha çox istifadə olunur. Həm də yaşlı müəllimlərin uşaqlara qarşı münasibətlərində cinsi zorakılığın təzahürlərinə rast gəlinir.
Uşaqlara qarşı cinsi istismar hallarının qarşısını almaq üçün maarifləndirmə işi gücləndirilir və qanunvericiliyin sərtləşdirilməsi məsələsinə baxılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [20:22]
Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir
- 02.07.2024 [19:14]
Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var
- 02.07.2024 [18:20]
Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb
- 02.07.2024 [18:07]
Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb
- 02.07.2024 [18:06]
Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir
- 02.07.2024 [17:42]