Moskva Dağ Yəhudiləri İcmasının idarə heyətinin sədri Arif Rəhimovdan
Hörmətli cənab Prezident,
Əslən Cənubi və Şimali Qafqazdan olan dağ yəhudilərini öz sıralarında birləşdirən Moskva Dağ Yəhudiləri İcması yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını təbrik edir. Siz ölkədə yaşayan bütün xalqların nəzərində sülhün, sabitliyin və hüquq bərabərliyinin qarantısınız.
Doğma Azərbaycanın firavanlığı naminə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzulayırıq.
Hörmətlə,
Arif Rəhimov
Moskva Dağ Yəhudiləri İcmasının idarə
heyətinin sədri