Moskvada 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək
Tehran, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 5-6-da Moskvada 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, forumda Xəzəryanı dövlətlərin Baş nazirləri iştirak edəcəklər. Forumda Xəzər ətrafındakı dövlətlərin iqtisadi əməkdaşlıq, nəqliyyat-tranzit əlaqələri müzakirə ediləcək.
Regionda cərəyan edən prosesləri nəzərə alaraq Xəzər dənizində təhlükəsizlik məsələləri də nəzərdən keçiriləcək.
Forumda İranı Birinci vitse-prezident Məhəmməd Mühbirin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]