Moskvada baş vermiş təyyarə qəzasına səbəb pilotların səhvi ola bilər
Moskva, 7 may, AZƏRTAC
“Aeroflot” şirkətinə məxsus “SSJ-100” təyyarəsinin qəzaya uğramasına səbəb pilotların səhvi ola bilər.
AZƏRTAC xəbər verir ki, “Kommersant” qəzetinin hadisənin təhqiqatı ilə əlaqədar mənbəyə istinadla yazdığına görə, pilotlar yanacaq bakının dolu olmasına baxmayaraq, yüksək sürətlə eniş ediblər. Nəticədə təyyarə zədələnib və yanğın baş verib. Hadisə ilə bağlı cinayət işi çərçivəsində aeroportun qəza xidmətinin də qeyri-operativ fəaliyyəti araşdırılır. Qəzanın səbəbləri ilə bağlı son qərarı Beynəlxalq Aviasiya Komitəsi və Rusiya Təhqiqat Komitəsinin mütəxəssisləri verəcəklər.
Rusiya Təhqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko hadisənin baş verməsinin müxtəlif variantlarının, o cümlədən pilotların, dispetçerlərin, təyyarəni uçuşa hazırlayan texniki heyətin qeyri-peşəkarlığı variantlarının araşdırıldığını bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]