Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MOSKVADA CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINA HƏSR EDİLMİŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR

Moskva, 20 may (AZƏRTAC). Moskvada, “Prezident otel”də “Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransı MDU-nun tarix fakültəsi, “Vestnik Kavkaza” informasiya-analitik agentliyi, Rusiya Dövlət Humanitar Universiteti (RDHU), “Alternativa” aktual araşdırmalar mərkəzi (Qazaxıstan) və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi təşkil etmişdir.

RDHU-nun rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar tədbiri açaraq bu cür görüşlərin əhəmiyyətini, Rusiya, Azərbaycan və digər postsovet ölkələrinin tədqiqat mərkəzləri və politoloji dairələri arasında birbaşa və səmərəli əlaqələrin vacibliyini vurğulamışdır. O, Cənubi Qafqazın inkişaf perspektivlərinə həsr edilmiş konfransı region xalqları arasında dostluğa daha bir töhfə kimi qiymətləndirmişdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təbrik çıxışında Rusiya ilə Azərbaycan arasında müasir dövrdə qarşılıqlı münasibətlərin, dövlət başçılarının qarşılıqlı siyasi anlaşmasının və onların şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, bu münasibətlərin strateji xarakterli olduğunu və bütün sahələrdə inkişaf etdiyini bildirmişdir.

P.Bülbüloğlu Dağlıq Qarabağ probleminə də toxunaraq qeyd etmişdir ki, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməz qalır - Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla tənzimlənməsinin tərəfdarıdır, lakin onun səbrinin həddi vardır. O demişdir: “Bizim cəmiyyət bu məsələnin həll olunmasını tələb edir. Cənubi Qafqazın ən güclü ölkəsinin öz torpaqlarının işğal edilməsi ilə sadəcə barışa biləcəyini düşünmək sadəlövhlük olardı. Buna görə də Azərbaycan xalqının və rəhbərliyinin səbrini müsbət qiymətləndirmək lazımdır. Bu gün regionun digər ölkələri ilə müqayisədə qat-qat artıq imkanlara malik olduğumuza baxmayaraq, biz yenə də təmas nöqtələri tapmağa çalışırıq, Madrid prinsiplərini qəbul edirik, qarşı tərəf isə buna cavab verməmişdir”. Səfir bir faktı da müsbət qiymətləndirmişdir ki, son vaxtlar rusiyalı ekspertlər tərəflərin hər birinin mövqeyini başa düşməyə çalışaraq, bu məsələyə daha obyektiv yanaşmağa başlamışlar.

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək demişdir ki, bu konfrans və gündəlikdə nəzərdən keçirilən məsələlər çox aktualdır. Problemləri müzakirə etmək üçün Azərbaycan, Rusiya və Qazaxıstan politoloqlarının bir yerə toplaşması son dərəcə vacibdir. O xüsusi qeyd etmişdir ki, Azərbaycan həmişə dialoqa hazırdır və bunun üçün mümkün olan hər şeyi edir, bu istiqamətdə müəyyən addımlar atılır. E.Aslanov demişdir: “Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri Azərbaycana, Ermənistana və Dağlıq Qarabağa səfərlər etmiş, hər iki ölkənin prezidentləri tərəfindən qəbul edilmişlər. Bu gün Azərbaycanda erməni dilində yayım aparan televiziya və informasiya agentliyi fəaliyyət göstərir. Bu, açıq söhbət etmək, Azərbaycanın mövqeyini, onun həmhüdud şəhərlərində mövcud reallıqları Ermənistan cəmiyyətinə, Dağlıq Qarabağ ərazisində yaşayan və de-yure Azərbaycan vətəndaşları olan şəxslərin nəzərinə çatdırmaq üçün bir imkandır. Buna görə də biz Cənubi Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafından danışanda Azərbaycanın bu gün Dağlıq Qarabağ üçün, eyni zamanda qonşu ölkələr üçün də təkcə iqtisadi rentabellik deyil, həm də siyasi baxımdan sabit layihələr təklif etməsini, regionda yaşayanların hamısına Azərbaycanın bu regionla həmhüdud şəhərlərində yaşayanlar kimi yaşaması imkanı təklif etməsini nəzərdə tuturuq”. O, xüsusi vurğulamışdır ki, əgər bölgədə sülh və sabitlik bərqərar olsa, bütün regionda tammiqyaslı və qarşılıqlı faydalı əməkdaşlıq tənzimlənəcəkdir. Elnur Aslanov demişdir: “Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bir neçə gün bundan əvvəl İstanbulda qlobal regional siyasət məsələlərinə həsr edilmiş konfransdakı çıxışında demişdir ki, əgər 10 il bundan əvvəl Türkiyədə onun əsas opponentlərinin kim olduğunu soruşsaydılar, o cavab verərdi ki, bunlar Rusiya, Suriya və Yunanıstandır. Bu gün isə həmin ölkələrin hər biri ilə viza rejimi ləğv edilmişdir, səmərəli və yüksək dərəcədə rentabelli qarşılıqlı iqtisadi münasibətlər tənzimlənir. Yaxın gələcəkdə Cənubi Qafqazda da hadisələrin oxşar inkişafını gözləyirik. Biz ümid edirik ki, sülh və sabitlik Cənubi Qafqazda cərəyan edən hadisələrin, bu gün burada təmsil olunmuş ölkələrin və xalqların əsas əlamətlərinə çevriləcəkdir. Tərəflərdən birini digərinə verə biləcəyi iqtisadi preferensiyaları nəzərə alsaq, konfransın təşkilatçılarının sosial-iqtisadi inkişaf haqqında qaldırdıqları mövzu olduqca aktualdır. Maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatının inkişafı və yüksəlişi sülh və həmrəylik şəraitində yaşamaq üçün sanballı amildir. Bu, təkcə siyasi baxımdan deyil, iqtisadi cəhətdən də rentabellidir”.

“Vestnik Kavkaza” informasiya agentliyinin baş redaktoru Aleksey Vlasov “Lokal münaqişələrin tənzimlənməsi şəraitində Cənubi Qafqaz regionunun sosial-iqtisadi inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, münaqişələrin mövcud olması regionda inteqrasiya prosesləri və bölgə iqtisadiyyatının inkişafı yolunda əsas maneədir. Onun sözlərinə görə, indi regionda mövcud olan və regional layihələrə, nəqliyyat kommunikasiyalarına, informasiya texnologiyalarına, rabitə, maliyyə sistemləri, kapitalın hərəkəti və başqa məsələlərə aidiyyəti olan bütün risklər, eyni zamanda, imkan pəncərələridir.

Azərbaycanlı müstəqil politoloq Rasim Musabəyov bütövlükdə regionun inkişafı üçün münaqişələrin tənzimlənməsinin vacibliyindən danışmışdır. Politoloq demişdir ki, indi Azərbaycanın əhalisi və onun iqtisadi imkanları bütün regionun potensialının üçdəiki hissəsini təşkil edir. Onun fikrincə, münaqişələr regionun inkişafına, oraya sərmayə qoyulmasına mane olur və hərbi ehtiyaclar üçün daha çox xərc çəkməyə məcbur edir, münaqişələrin tənzimlənməsi isə bir sıra qarşılıqlı faydalı layihələrin geniş vüsət almasına və iqtisadi tərəqqiyə gətirib çıxarardı.

“Alternativa” Aktual Araşdırmalar Mərkəzinin direktoru A.Çebotaryov “Xəzər regionunun sabit inkişafı Cənubi Qafqaz ölkələri üçün davamlı inkişaf amili kimi” mövzusunda məruzə ilə çıxış etmişdir.

Konfransın işində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev, Milli Məclisin deputatı Asim Mollazadə, rusiyalı və qazaxıstanlı tanınmış politoloqlar, habelə ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda traktorla minik avtomobili toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu