Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

MOSKVADA DAHİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR

Moskva, 16 iyun (AZƏRTAC). Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, M.V.Lomonosov adına MDU-nun qlobal proseslər fakültəsi, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Rusiya Fəlsəfə Cəmiyyəti tərəfindən təşkil edilmişdir. 15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar keçirilmiş konfransda görkəmli Rusiya və Azərbaycan alimləri iştirak etmişlər.

Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun konfrans zalında keçirilmiş tədbiri açan institutun direktoru, akademik Əbdüsəlim Hüseynov konfransı əlamətdar hadisə adlandırmış, müzakirəyə çıxarılan qlobal məsələlərin aktuallığını vurğulamışdır.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxışında bildirmişdir ki, Azərbaycan xalqı 15 iyun tarixini Milli Qurtuluş günü kimi qeyd edir. Leyla xanım Əliyeva demişdir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi problemlərlə qarşılaşdı. İqtisadi tənəzzül keçirən, Ermənistan tərəfindən hərbi müdaxiləyə məruz qalan Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Çoxdan gözlənilən müstəqillik təhlükə qarşısında qalmışdı. Yalnız Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı vəziyyəti kökündən dəyişdirməyə imkan verdi, suveren Azərbaycan dövlətinin əsası qoyuldu. Heydər Əliyev bütün ömrünü öz ölkəsinə, Vətəninə həsr etmişdi, onun müdrik siyasəti sayəsində Azərbaycan bu gün inkişaf edir və çiçəklənir. Azərbaycan iqtisadi inkişaf sürətinə görə bir neçə ildir ki, lider mövqeyindədir, ölkədə nəqliyyat, energetika sahələri üzrə iri regional layihələr həyata keçirilir, sosial problemlər həll olunur. Bir sözlə, həyatın bütün sahələrində inkişaf aydın hiss edilir.

Bu gün Heydər Əliyev cismən aramızda yoxdur, lakin müstəqil Azərbaycan yaşayır, ümummilli liderin bütün həyatını həsr etdiyi iş, onun ideyaları yaşayır, bu il yaradılmasının beş ili tamam olmuş Heydər Əliyev Fondu yaşayır. Bu dövr ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının demək olar ki, bütün təbəqələrinin etimadını və dəstəyini qazanmışdır. Bu gün Fond təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir və təməli Heydər Əliyev tərəfindən qoyulmuş xeyirxah işləri davam etdirir.

Mənim üçün xoşdur ki, qloballaşan dövrdə mədəniyyətlərin qarşılıqlı təsiri mövzusunda keçirilən bugünkü konfrans Heydər Əliyevin xatirəsinə həsr edilmişdir. Nadir geosiyasi mövqeyə malik, Qərblə Şərq arasında əsl körpü olan və qədim İpək Yolunda yerləşmiş Azərbaycan, həm Şərq və həm də Qərb mədəniyyətini özündə əks etdirir. Xalqımız əsrlər boyu tolerantlıq və dözümlülük ruhunda tərbiyə edilmişdir. Biz adət və ənənələrimizi dərindən qiymətləndirir, eyni zamanda dünya ölkələrinin bir-birindən fərqli mədəniyyətlərinə böyük hörmət bəsləyirik. Bu gün kifayət qədər mükəmməl dünya birliyində Azərbaycan tolerantlıq nümunəsi ola bilər. Bugünkü mövzu - qloballaşma mövzusu kifayət qədər genişdir və birmənalı deyildir. Şübhə doğurmayan yalnız odur ki, müasir dünya inteqrasiya edir və qloballaşma dünyanın demək olar bütün ölkələrinə və xalqlarına təsir göstərir. Əminəm ki, bugünkü konfrans çox maraqlı və səmərəli olacaqdır. Sevindirici haldır ki, konfrans Azərbaycanın milli bayramı ilə eyni vaxta düşmüşdür və mən bunda rəmzi xarakter və xoş məna görmək istərdim. Bütün iştirakçılara konfransın işində uğurlar arzulayıram”.

Qırğızıstanın sabiq prezidenti, REA-nın xarici üzvü, MDU-nun professoru Əsgər Akayev “Şəxsiyyət fenomeni mədəniyyətlərin əbədi inkişaf amili və qarşılıqlı təsiri kimi” mövzusunda məruzə etmişdir. Ə.Akayev Azərbaycan xalqının şanlı oğlu Heydər Əliyevin xatirəsinə Rusiya paytaxtında böyük elmi konfransın keçirilməsini əlamətdar hadisə adlandırmışdır. Bildirmişdir ki, Heydər Əliyevin həyatında çox şey Moskva ilə bağlı olmuşdur. Burada o, güclü dəstək almış, siyasi və dövlət fəaliyyətində yüksəlmişdir. Elə buradaca sonuncu sovet rəhbərlərinin ikiüzlülüyü və ədalətsizliyi ilə qarşılaşmışdır. Heydər Əliyev bu çətinlikləri ona xas olan insani və vətəndaş dəyanəti ilə qarşılamış və doğma respublikaya qayıtdıqdan sonra qüvvəsini, istedadını və biliyini bütünlüklə dövlət müstəqilliyi yoluna qədəm qoymuş Azərbaycan xalqına həsr etmişdir. Heydər Əliyev şəxsiyyətinin miqyası o qədər geniş idi ki, onun intellektual və insani keyfiyyətləri Azərbaycan sərhədlərindən çox-çox uzaqlarda tanınmış, beynəlxalq aləmdə qiymətləndirilmişdir.

Əsgər Akayev nitqinə davam edərək demişdir: “Mənə Heydər Əliyevin müstəqil Azərbaycanı idarə etdiyi 10 il ərzində onunla dəfələrlə görüşmək xoşbəxtliyi nəsib olmuşdur. Mən ilk görüşümüzdə onun parlaq şəxsiyyətinin təsirinə düşmüşdüm. MDB ölkələrinin prezidentləri öz aralarındakı münasibətlərdə bərabərlik prinsipini rəhbər tutsalar da, şəxsən mən Heydər Əliyevə tamamilə başqa münasibət bəsləyirdim. Mən Heydər Əliyevi onun taleyinə düşən əzablı yolları və şəxsi iztirabları şərəflə dəf edən müdrik və uzaqgörən ağsaqqal kimi qəbul edirdim. Heydər Əliyevin ətrafında MDB-nin siyasi, dövlət elitasında layiq olduğu əsl hörmət və ehtiram mühiti yaranmışdı. Bizim ölkələrimizi çox şeylər birləşdirir. Biz Mərkəzi Asiyada daim Bakının möhkəm dəstəyini və dost köməyini minnətdarlıqla hiss edirdik.

Heydər Əliyev mənim xatirimdə dərin ensiklopedik biliyə malik insan, bədii istedadların mahir hamisi kimi qalmışdır. Azərbaycan ədəbiyyatı, incəsənəti və memarlığının əsl intibahı onun adı ilə bağlıdır. Heydər Əliyevin şəxsiyyəti xalqlarımızın dostluğunun, milli mədəniyyətlərimizin əbədi əlaqələrinin təcəssümü idi. Həm sovet və həm də postsovet dövründə Heydər Əliyevin həyatının mənası və məqsədi yalnız yaratmaq idi. O, ölkəsini hərtərəfli coşqun inkişaf yoluna çıxarmış, kiçik respublikanı energetika dövləti səviyyəsinə yüksəltmiş, Azərbaycanın siyasi təsiri regional çərçivədən çıxaraq beynəlxalq əhəmiyyətə malik olmuşdur. O, öz xalqına zəngin irs qoymuşdur və belə oğulları yetirən ölkə daim bəxtiyar olacaqdır. Heydər Əliyevin işinin istedadlı davamçısı Prezident İlham Əliyev də onun varisidir”.

Konfransda MDU-nun fakültə dekanı, tarix elmləri doktoru Georgi Alekseyev, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, MDU-nun qlobal proseslər fakültəsinin dekanı İlya İlin, RF hökuməti yanında Moskva Turizm Akademiyasının kafedra müdiri Olqa Çistyakova, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor Aleksandr Çumakov, RF XİN Diplomatiya Akademiyasının kafedra müdiri, fəlsəfə elmləri doktoru, professor Konstantin Dolqovun və digər alimlərin çıxışları dinlənilmişdir. Konfransda qloballaşmanın müxtəlif cəhətləri və bu anlayışın müasir konteksti, milli-mədəni müxtəliflik və mədəniyyətlərin qarşılıqlı təsiri, şəxsiyyətin tarixdə rolu və digər məsələlərə toxunulmuşdur.

Konfransın yekununda iştirakçılar işçi qaydada qətnamə qəbul etmişlər. Qətnamədə mövzunun aktuallığı və əhəmiyyəti vurğulanmış, hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Əliyev qiraətlərinin, habelə sosial-siyasi, fəlsəfi qiraətlərin keçirilməsi təklif olunmuşdur.

Konfransda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, AMEA, ÜAK və gənclərin nümayəndələri iştirak etmişlər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avro-2024: Türkiyə millisi birinci dəqiqədə hesabı açıb YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb