MOSKVADA “QONAQ KARTI” TƏTBİQ OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, bu ilin payızında Moskvada qastrabayterlər üçün “qonaq xəritəsi” tətbiq etmək nəzərdə tutulmuşdur.
Rusiya paytaxtı merinin müavini Valeri Vinoqradov demişdir: “Qonaq xəritəsinin köməyi ilə qastrabayter barədə sərhədi keçdiyi andan hərtərəfli məlumat əldə etmək mümkün olacaqdır”.
İlk qeyd hava limanında və ya vağzalda, sonra isə Moskva Federal Miqrasiya Xidməti İdarəsində, əmək fəaliyyətinə başlayarkən tibbi nəzarətdən keçdikdə olunacaqdır. Vinoqradov demişdir: “İnformasiya çip kartlara yerləşdiriləcəkdir. Nəticədə paytaxtın hakimiyyət orqanlarının Moskvada miqrantların sayı və məşğuliyyəti barədə dəqiq məlumatı olacaqdır. Qonaqlar özləri də sənədlərin yoxlanışı zamanı milis işçiləri qarşısında özlərini təmizə çıxarmalı olmayacaqlar”.
V.Vinoqradov əmək miqrasiyası ilə əlaqədar vəziyyətdən danışaraq bildirmişdir ki, hazırda paytaxtın hakimiyyət orqanları Tacikistanda və Qırğızıstanda fəal iş aparırlar. O demişdir: “Yayda vahid miqrasiya pəncərəsi pilot layihəsini həyata keçirməyi nəzərdə tutmuşuq. Miqrantların daha çox işlədiyi “ZİL” zavodunun bazasında açılacaq vahid miqrasiya pəncərəsinə hər qastrabayter müraciət edə bilər.