“Muğanbank”da qorunan əmanətlər üzrə kompensasiyaların veriləcəyi tarix açıqlanıb
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 27-dən “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalarin ödənişlərinə başlanılacaq.
Bu barədə AZƏRTAC-a Əmanətlərin Sığortalanması Fondundan bildirilib.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 2023-cü il 24 oktyabr tarixli qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin olunub. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü oktyabrın 24-ü müəyyənləşdirilib.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcəkdir. Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz. www.adif.gov.az
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]