Murmanskda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar “Ümumrusiya Azərbaycanlıları Konqresinin” (ÜAK) Murmansk vilayət şöbəsi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli şöbəsi matəm tədbiri keçirmişlər. Tədbirdə ictimaiyyətin, Azərbaycan diasporunun və digər xalqların diasporlarının nümayəndələri, tələbələr və s. iştirak etmişlər.
ÜAK-ın və RAGB-in Murmansk şöbələrinin mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, Xocalı soyqırımına həsr olunmuş fotosərgi təşkil edilmiş, “Qarabağ haqqında həqiqət” silsiləsindən kitablar və Azərbaycan xalqına qarşı erməni təcavüzünün tarixindən bəhs edən digər nəşrlər təqdim olunmuşdur.
Murmansklılar həmçinin Qarabağ münaqişəsi haqqında nəşrlər, disklər, qəzet və jurnal yazıları ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]