Murtuzəli Müslümov sərbəst güləş yarışlarına qələbə ilə başlayıb
Bakı, 20 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC
İslamiadanın sərbəst güləş yarışlarında 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Murtuzəli Müslümov da ilk görüşünü qələbə ilə başa vurub.
AZƏRTAC xəbər verir ki, mübarizəyə dörddəbir finaldan başlayan Azərbaycan pəhləvanı Türkiyə idmançısı Zafer Damanı 6:0 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.