Musiqi məktəbinin müəllimi canlı yayımda fleyta aləti haqqında danışıb
Bakı, 30 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin fleyta ixtisası üzrə müəllimi Nərgiz Əliyeva canlı efir vasitəsilə fleyta aləti haqqında dinləyicilərə geniş məlumat verib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Nərgiz Əliyeva, həmçinin ciddi karantin dövründə şagirdlərin tədris prosesindən geri qalmamaları üçün məktəbin müəllimlərinin dərsləri internet üzərindən davam etdirdiklərini vurğulayıb.
Canlı yayım zamanı Nərgiz Əliyeva Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyasını, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Kandenin arzuları”nı, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Lay-lay”ı, Xəyyam Mirzəzadənin “Ay söyüd” mahnısını, Əkbər İskəndərovun “İmprovizasiya” əsərini səsləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada Azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]