Musiqi məktəbinin şagirdlərinin konserti olub
Bakı, 23 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbində “Ümumi fortepiano” fənni üzrə təhsil alan şagirdlərin konserti keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə məktəbin şagirdləri Azərbaycan və dünya bəstəkarlarının sevilən əsərlərini ifa ediblər. Konsertin proqramında solo ifalarla yanaşı, duetlər və müşayiətli ifalar da təqdim olunub.