Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Musiqidə əbədiləşən ömür
Avqustun 17-si Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin doğum günüdür

Musiqidə əbədiləşən ömürAvqustun 17-si Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi Müslüm Maqomayevin doğum günüdür

Bakı, 16 avqust (AZƏRTAC). Bu gün onunla bağlı fikirlər keçmiş zamanda səslənsə də, o, təkrarolunmaz ifası ilə milyonların könlündə taxt quran əbədiyaşar bir sənətkardır. Onu qədim yunan mifologiyasının qəhrəmanlarından olan Orfeylə də müqayisə etmişlər. Əfsanəyə görə, Orfey səsi ilə insanlara işıq, ümid gətirirmiş.

Qeyri-adi ifası ilə milyonların qəlbini fəth etmiş, hələ sağlığında ikən əfsanələşmiş Müslüm Maqomayev də öz ecazkar səsi ilə insanlara işıq, ümid gətirdiyinə görə çox haqlı olaraq XX əsrin Orfeyi adlandırılmışdır. Bu gün artıq əbədiləşmiş, əfsanələşmiş Müslüm Maqomayevin zəngin tərcümeyi-halının hər anı bu böyük musiqiçinin mənalı ömür yoluna işıq salır...

Bəlkə də düz 71 il bundan əvvəl - 1942-ci ildə Bakıda dünyaya göz açan bu uşağa babasının - görkəmli bəstəkar Müslüm Maqomayevin adı qoyulanda heç kim zənn edə bilməzdi ki, çox keçməyəcək, bu adın daşıyıcısı dünyaya yeni, daha şöhrətli “Müslüm Maqomayev” təqdim edəcəkdir. Deyilənə görə, balaca Müslüm babasını görməsə də, ağlı söz kəsəndən onun həyat yolu ilə maraqlanmış, babasının yolunu davam etdirməli olduğunu körpə qəlbi ilə duymuşdu. Bəstəkar Müslüm ağlına belə gətirməzdi ki, 1916-cı ildə yazığı “Şah İsmayıl” operasındakı Aslan şahın ariyasını illər keçəcək, üzünü belə görmədiyi nəvəsi - Müslüm Maqomayev ifa edəcəkdir.

Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanmışdır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm medalla qayıtmışdı. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun şəkilini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc etmişdi.

Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, dünya şöhrətli “La Skala” Milan Teatrında təcrübə keçmişdir. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlamışdır.

1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda ilk solo, 1966-cı ildə Parisdə ilk konsertini vermiş, dünyanın əksər ölkələrində qastrolda olmuşdur. Ötən əsrin 60-70-ci illərində SSRİ-nin Qərb ölkələri ilə diplomatik münasibətlərinə Müslüm Maqomayev öz səhnə ustalığı ilə bir inam gətirmişdir.

1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Müslüm Maqomayevin dövlət imtahanı isə konsert zalına və binanın ətrafına çoxsaylı pərəstişkarların toplaşması ilə yadda qalmışdır.

Müslüm Maqomayevin sonrakı yaradıcılığı Moskva ilə bağlıdır. Rusiyanın görkəmli bəstəkarları onun üçün mahnılar yazmışlar. Lakin müğənninin repertuarından Azərbaycan musiqisi (Üzeyir Hacıbəyli “Sənsiz”, “Sevgili canan” və s.) heç vaxt əskik olmamışdır. “Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür etmirəm”, - deyən müğənninin repertuarında 600-dək əsər vardır.

Azərbaycan musiqi mədəniyyətinə misilsiz töhfələr verən, təkrarolunmaz bariton səs sahibi Müslüm Maqomayev bir neçə nəsil üçün doğma və yaxın insana çevrilmişdir. Gənc yaşlarında yüksək və ağlasığmaz uğurlara nail olmuş Müslim Maqomayev 31 yaşında SSRİ Xalq Artisti fəxri adına layiq görülmüşdü.

Müğənni səsinin qüdrəti, vüqarlı qaməti, gözəl siması, səhnə davranışı ilə hamını valeh etmişdir. Səsinin geniş diapazonu ona vokal sənətinin müxtəlif sahələrində, o cümlədən opera, estrada janrlarında, caz üslubunda uğurlu ifalara imkan vermişdir. Əlbəttə, müğənninin yaradıcılığında estrada janrının xüsusi yeri vardır. Bu janrda ifası ilə o, musiqisevərlərin və geniş kütlənin ürəyinə yol tapmış və oxuma tərzinin təkrarsızlığını dəfələrlə təsdiqləmişdir. Onu əbəs yerə sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı adlandırmamışlar. Klassik ariyaları və mahnıları estradaya məhz Müslüm Maqomayev gətirmişdir.

Ənənəyə sadiq qalaraq, Müslüm Maqomayev öz bacarığını bəstəkarlıq sahəsində də müvəffəqiyyətlə sınamışdır. Onun yaradıcılığında Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan “Azərbaycan” mahnısı xüsusi yer tutur. Mahnının mükəmməlliyi, yüksək ifa tərzi, müğənninin əzəmətli görkəmi tamaşaçıda böyük qürur doğurur.

Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilmişdir. Dərin məzmunlu Nizami obrazını o, böyük məharətlə oynamışdır. Babası Müslüm Maqomayev Şah İsmayılı operada əbədiləşdirdiyi kimi, nəvəsi də Nizami obrazını kinofilmdə əbədiləşdirmişdir.

Məşhur opera müğənnisi Tamara Sinyavskaya sədaqətli, etibarlı ömür-gün yoldaşı kimi Müslüm Maqomayevin həyatını daha mənalı və maraqlı etmişdir.

Müslüm Maqomayevin iti müşahidəsi və gözəl qələmi olmuşdur. O, “Dahi Lansa” kitabını məşhur italyan mənşəli Amerika müğənnisi Mario Lansaya həsr etmişdir. “Mənim məhəbbətim melodiya” kitabında isə biz gözəl insan, dahi şəxsiyyət və dünya şöhrətli müğənnini, ən əsas isə - vətənpərvər insanı, əsl azərbaycanlını görürük.

Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də vəfat etmiş və Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli Sərəncamına əsasən görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Təsadüfi deyildir ki, ötən il IV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk konserti məhz SSRİ Xalq Artisti, dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilmişdir.

Azərbaycan xalqı yaşadıqca Müslüm Maqomayevin böyük sənəti və əziz xatirəsi yaşayacaq, onun ölməz musiqisi daim insanlara işıq, ümid bəxş edəcəkdir.

Əhməd Məmmədov

AZƏRTAC-ın müxbiri

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Bakı Dövlət Universiteti “Məzun günü” keçirib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verildi

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

® “Unibank” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub

Hərbi ekspert: Ukraynada cəbhədə vəziyyət çox ağırdır

MİQ-dən keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43 olub

Emin Əmrullayev: Xarici dil müəllimlərinin 21 faizi sertifikasiya imtahanında keçid balını toplaya bilməyib

Nazir müəllimlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatların bölünməsi məsələsinə aydınlıq gətirib

Astanada ŞƏT sammitində dünya liderləri iştirak edəcəklər

Sertifikasiya imtahanında orta balı yüksək olan müəllimlərin olduğu rayon və şəhərlərin adları açıqlanıb - RƏSMİ

İngiltərə millisinin üzvü oyun zamanı komanda yoldaşını təhqir edib

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında dövlət və hökumət başçıları mühüm rol oynayır

Nazir: İbtidai sinif müəllimlərinin 20 faizi sertifikasiya imtahanında 51 bal və daha yüksək nəticə göstərib

Aslan Kərimov: Gürcüstan millisinin bu cür oyunla qrupdan çıxmağı gözlənilməz oldu

Emin Əmrullayev: İbtidai sinif müəllimlərinin 86 faizi sertifikasiya imtahanında uğurlu nəticə göstərib

Danimarka “iqlim meteorizmi”nə vergi tətbiq edən ilk ölkə ola bilər