Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqil Azərbaycanda dəniz nəqliyyatının dünəni, bu günü və sabahı - Məqalə

Müstəqil Azərbaycanda dəniz nəqliyyatının dünəni, bu günü və sabahı -  Məqalə

Bakı, 15 fevral, AZƏRTAC

Müstəqil Azərbaycanın dəniz nəqliyyatının zəngin tarixinin yazılmasında müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Dəniz nəqliyyatı sahəsinin inkişafında həlledici rol oynayan “Əsrin müqaviləsi”nin imzalanması, Böyük İpək Yolunun bərpası və Birləşmiş Millətlər Təşkilatının dəniz nəqliyyatı sahəsində ixtisaslaşmış agentliyi olan Beynəlxalq Dəniz Təşkilatına üzvlüyümüz məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

AZƏRTAC-ın təqdim etdiyi məqalədə Azərbaycanın dəniz nəqliyyatının inkişafı sahəsində görülən işlərdən bəhs olunub.

Əminliklə demək olar ki, iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsi bu gün yeni inkişaf mərhələsindədir. Belə ki, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin formalaşdırılması dəniz nəqliyyatı ilə daşımalar həyata keçirən şirkətlərin, dəniz limanlarının, habelə gəmilərin inşası, modernləşdirilməsi və təmiri müəssisələrinin fəaliyyətinin intensivləşməsinə, funksionallığının artmasına səbəb olub.

Dövlət Dəniz və Liman Agentliyinin yaranma tarixi

Dəniz nəqliyyatı sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanı - Dövlət Dəniz Administrasiyası 2006-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb.

Sözügedən Sərəncama əsasən, dəniz nəqliyyatı sahəsində aparılan dövlət siyasətinin müəyyən edilməsi, habelə Beynəlxalq Dəniz Təşkilatı, müvafiq sahə üzrə digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasına nəzarətin həyata keçirilməsi səlahiyyətləri Dövlət Dəniz Administrasiyasına tapşırılıb.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi, 2021-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Dövlət Dəniz və Liman Agentliyinin keçdiyi inkişaf yolu

1995-ci ildən etibarən Beynəlxalq Dəniz Təşkilatına üzv olan Azərbaycan Respublikası dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub.

2004-cü ildən Xəzər dənizinin dəniz naviqasiya xəritələrinin, 2007-ci ildən isə Beynəlxalq Hidroqrafiya Təşkilatının standartlarına uyğun olaraq müasir proqram təminatları vasitələri ilə elektron dəniz naviqasiya xəritələrinin hazırlanmasına başlanılıb.

2011-ci ildən Dövlət Dəniz Administrasiyasında Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi (hazırkı Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi) fəaliyyət göstərməyə başlayıb. Sözügedən mərkəz ölkəmizin qoşulduğu “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın (SOLAS) tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycanda yaradılıb.

Ötən dövr ərzində dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlamalar zamanı dənizçilərə verilmiş diplom və sertifikatların Avropa İttifaqı tələblərinə uyğunluğunun tanınması haqqında 2011-ci ildə müvafiq qərar qəbul edilib. Dənizçilərin hazırlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də sertifikatlaşdırılması sahəsində fəaliyyət ilk dəfə 2016-cı ildə Beynəlxalq Dəniz Təşkilatının mütəxəssisləri tərəfindən yoxlanılıb, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olması ilə bağlı adı çəkilən təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyasında müvafiq qərar qəbul edilib.

Bu qərardan sonra həyata keçirilən səmərəli və effektiv fəaliyyətin göstəricisi olaraq Azərbaycan Respublikası Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahısı”nda yer alıb. Bu isə Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərə verdiyi sertifikat (diplom) və xüsusi hazırlıq şəhadətnamələrini bütün dəniz dövlətlərinin tanımasına səbəb olub.

2017-ci ildə Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Audit Sxeminə əsasən, adı çəkilən təşkilatın Audit Ekspert Qrupunun ölkəmizə səfəri zamanı apardığı yoxlamaların nəticəsində Azərbaycan 174 dünya dəniz dövləti sırasında ən qabaqcıl Avropa ölkələrini geridə qoyaraq statistika üzrə ön sırada yer tutub.

2022-ci ildə Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərin hazırlığı sistemi ikinci dəfə Beynəlxalq Dəniz Təşkilatının audit yoxlamasından uğurla keçib. Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 105-ci sessiyasında qəbul edilmiş qərarla Azərbaycan Respublikası “Ağ siyahı”da yer alıb. Bu isə öz növbəsində Agentliyin dənizçilərə verdiyi diplom və sertifikatların Beynəlxalq Dəniz Təşkilatının üzvü olan 175 dövlət tərəfindən tanınmasına yol açıb.

Beynəlxalq müstəvidə əldə olunan nailiyyətlər

Azərbaycan 2022-ci ilin sonlarında həyata keçirilməsinə başlanılan və hazırda davam edən Qara dəniz və Xəzər regionu üzrə ikinci layihədə iştirak edən benefisiar ölkələrdən biridir.

Qeyd edək ki, bu layihə çərçivəsində Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin təsdiq etdiyi fəaliyyət planı üzrə benefisiar ölkələrə kadr potensialının gücləndirilməsi istiqamətində texniki dəstək göstərilir. Sözügedən sahədə bugünkü münasibətlər sisteminin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, Dövlət Dəniz və Liman Agentliyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərində böyük uğurlara nail olub. Təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və NATO kimi digər mühüm beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirib.

Dövlət Dəniz və Liman Agentliyi öz fəaliyyətində çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, dünya dəniz dövlətləri ilə ikitərəfli münasibətlərə də xüsusi diqqət ayırıb. Belə ki, hesabat dövrü ərzində dəniz nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq nəticəsində Türkiyə, İtaliya, Yunanıstan, Polşa, Bolqarıstan, Serbiya, Qazaxıstan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya Haşimilər Krallığı və Koreya Respublikası ilə müvafiq sənədlər imzalanıb.

Dövlət Dəniz və Liman Agentliyi Beynəlxalq Mobil Peyk Təşkilatı, Dəniz Naviqasiya Avadanlıqlarına dair Beynəlxalq Təşkilata (hazırkı Dəniz Naviqasiya Avadanlıqları və Mayaklar üzrə Beynəlxalq Assosiasiya) üzv olmaq istiqamətində də məqsədyönlü işlərin icrasına başlayıb.

Gəmilərdən havaya atılan tullantıların illik miqdarının 2050-ci ilədək 2008-ci illə müqayisədə ən azı 50 faiz azaldılması istiqamətində Beynəlxalq Dəniz Təşkilatı və Norveç Krallığının təqdim etdiyi “Yaşıl səfər - 2050” layihəsində Azərbaycan yeni pilot ölkə qismində iştirak hüququ qazanıb. Azərbaycan layihəyə 174 üzv dövlət sırasından seçilən 7 ölkədən biridir.

Azərbaycan gəmiçiliyi

2024-cü ilin 1 yanvar tarixinə olan məlumata görə, ümumi olaraq Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və berbout-çarter reyestrində 500 gəmini qeydiyyata alıb. Qeydiyyata alınan gəmilərin sayı 2003-cü il üzrə göstəricidən 39 faiz çoxdur.

2023-cü il üzrə yalnız Beynəlxalq Dəniz Təşkilatının identifikasiya nömrəsinə sahib və müvafiq kriteriyalara cavab verən 246 gəmi üzrə ümumi tonnaj 817705 GT olub. Bu göstərici bütün dövrlər üzrə Dövlət Dəniz və Liman Agentliyi tərəfindən Beynəlxalq Dəniz Təşkilatına təqdim edilən ümumi tutum hesabatına görə ən yüksək nəticədir.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və digər xarici sularda üzən gəmilərdə illik orta hesabla 100 yoxlama keçirilib. Azərbaycan Respublikasının 2006-cı ildə qoşulduğu “Beynəlxalq gəmiçiliyin asanlaşdırılması haqqında” Konvensiyanın tələblərindən irəli gələrək 2024-cü il yanvarın 1-dən tətbiq edilməsi məcburi olan “Vahid dənizçilik pəncərəsi” sisteminin 2023-cü ildə demo versiyası hazırlanıb.

Azərbaycanda dəniz limanları

Ötən 20 il ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib, Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradılıb, tranzit yükdaşımaların həcmi və keyfiyyəti yüksəlib. 2014-cü ildə “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2015-ci ildə isə “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin Aparılması Qaydası” təsdiq edilib. Qərar qəbul edildikdən sonra “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin Aparılması Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Dəniz Limanları Reyestri yaradılıb. Sözügedən reyestrdə 2016-cı ildə 5, 2022-ci ildə isə 2 dəniz limanı qeydiyyata alınıb.

Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikasının sahilboyu ərazilərində fəaliyyət göstərən 21 digər liman infrastrukturuna malik dəniz əməliyyatları obyektləri mövcuddur.

Milli kadrların idarəetməsi

Son 20 ildə dəniz nəqliyyatı sahəsi üzrə gənclərin və istedadlı milli kadrların irəli çəkilməsi, onların bilik və bacarıqlarının artırılması üçün xaricdə təhsil almaları, yerli və beynəlxalq təlimlərdə iştirak etmələri məsələlərinə də xüsusi önəm verilib. Belə ki, həmin dövr ərzində dəniz nəqliyyatı sahəsində çalışan 10-dan çox gənc Beynəlxalq Dəniz Təşkilatının müvafiq sahə üzrə ixtisaslaşmış təhsil müəssisələri olan Dünya Dənizçilik Universiteti (WMU) və Beynəlxalq Dəniz Hüququ İnstitutunda (IMLI) təhsil alıb. Hazırda sözügedən təhsil ocaqlarında Dövlət Dəniz və Liman Agentliyinin 3 əməkdaşı təhsil alır.

Vaxtında atılan mühüm strateji addımlar, əldə olunmuş uğurlar, eyni zamanda planlaşdırılan işlər sübut edir ki, Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və logistika qovşağına, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində vacib tranzit ölkəyə çevrilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO