Mütəxəssis: Uşaqlarda yemək tərbiyəsini formalaşdırmaq lazımdır
Bakı, 29 iyun, AZƏRTAC
“Sağlam qida çox vacibdir. Uşaqların bədəni daim inkişafda olduğu üçün təbii qidaya ehtiyac daha çoxdur”.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatr mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev Səhiyyə Nazirliyin rəsmi instaqram səhifəsinə canlı yayım zamanı deyib.
“6 ay ana südü ilə qidalanan körpəyə ilk olaraq südlü yeməklər verilməlidir. Düyü, qarabaşaq, yulaf sıyıqları tövsiyə edilə bilər. Zamanla tərəvəz, daha sonra isə meyvəyə keçmək daha məqsədəuyğundur. Bir müddət sonra ilk olaraq toyuq, daha sonra qırmızı ətə keçmək olar. Səhər yeməyi də çox vacibdir. Lakin bəzən uşaqlar yuxudan oyanan kimi valideynlər onları yedizdirir. Uşaq oyanandan yarım saat və ya 1 saat sonra yemək vermək daha uyğundur. Eyni zamanda, uşaqlarda yemək tərbiyəsini formalaşdırmaq lazımdır. Səhər yeməyini uşaq istədiyi qədər yeməlidir”, deyə mütəxəssis bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]