Muxtar respublikanın dağ kəndlərinə qar yağıb
Naxçıvan, 23 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi ərazilərində aprelin 21-i axşam saatlarından başlayaraq qar yağıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, aprelin 23-də Naxçıvan Muxtar Respublikasının bəzi bölgələrində arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.