Muzeydə ulu öndər Heydər Əliyevə həsr olunan sərgi açılıb
Bakı, 8 may, AZƏRTAC
AMEA Hüseyn Cavidin ev-muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə sərgi təşkil edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən fotolar, “Müstəqilliyimiz əbədidir” çoxcildliyi və digər kitablar nümayiş olunur. Eyni zamanda, muzeyin rəsmi saytında və “Facebook” səhifəsində Ulu Öndərə həsr edilmiş videoçarx yerləşdirilib.
Qeyd edək ki, bu il muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasını yenidən nəşrə hazırlayır. Monoqrafiyada Hüseyn Cavid irsinə ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]